Almaniyalı professor Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi ezamiyyətdə olub
07.06.2024 17:09

Almaniyanın Leibniz İnstitutunun nəzdindəki DSMZ - Almaniya Mikroorqanizm Kolleksiyası və Hüceyrə Kulturası Mərkəzinin Bitki virusları şöbəsinin rəhbəri professor Stephan Winter ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) elmi ezamiyyətdə olub.

 

İnstitutdan Aztibb.az-a verilən xəbərə görə, alim MBBİ-nin laboratoriyaları ilə tanış olduqdan sonra aparılan elmi tədqiqat işləri haqqında ətraflı məlumat alıb.

 

Daha sonra “Bitki viruslarının müasir diaqnostikası üsulları” mövzusunda elmi seminar keçirilib.

 

Məruzəçi qeyd edib ki, son illərdə müxtəlif yeni texnologiyalara əsaslanan molekulyar-genetik metodlardan istifadə etməklə patogen virusları xarakterizə etmək və patogen-sahib orqanizm qarşılıqlı əlaqəsini müəyyən etmək məqsədilə çoxlu sayda tədqiqatlar aparılmaqdadır.

 

Seminarda bitkilərdə vektor daşıyıcı - patogen - sahib orqanizm arasında əlaqələrin molekulyar mexanizmlərinin öyrənilməsi, karantin əhəmiyyətli, eyni zamanda qeyri-müəyyən etiologiyalı fitopatogenlərin identifikasiyası, xəstəliklərin proqnozlaşdırılması və onlara nəzarətin artırılması kimi mühüm problemlərin həllində müasir New generation sequencing və RNA deep sequencing kimi yüksək ötürmə qabiliyyətli sekvens texnologiyaların tətbiq imkanları haqqında məlumat verilib.

 

Çıxış ətrafında geniş müzakirələr aparılıb.

 

Prof. Stephan Winter seminar iştirakçılarının suallarını cavablandırıb.

 

Sonda MBBİ-nin baş direktoru, akademik İradə Hüseynova qonağa maraqlı çıxışı üçün təşəkkür edib və bu çür görüşlərin institutlar arasında gələcəkdə görüləcək birgə elmi işlərə vəsilə olacağına inandığını bildirib.

 

Seminardan sonra Almaniya Federal Təhsil və Elmi Tədqiqat Nazirliyi tərəfindən Şərq Tərəfdaşlığı ölkələri üçün elan edilmiş qrant müsabiqəsinə (BMBF) birgə layihənin təqdim edilməsi və potensial əməkdaşlıq imkanları ətraflı müzakirə edilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır