Antibakterial terapiya kursundan sonra milroflarının bərpası məcburidir  
12.04.2024 11:02

 

Almaniyada çalışan gənc azərbaycanlı həkimlərin ATU-nun Tədris Cərrahiyyə Klinikasının Klinik-diaqnostik laboratoriyası, Anesteziologiya və reanimatologiya şöbəsinin həkim və rezidentləri ilə görüşü olub. Toplantını açan Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov bildirib ki, görüş-seminar "Antibiotiklərin rasional istifadəsi" mövzusuna həsr edilib.

 

Bu məlumat Aztibb.az-aTədris Cərrahiyyə Klinikasından verilib.

 

Helios Siegburg Klinikasının daxili xəstəliklər və ağciyər xəstəlikləri, süni tənəffüs və yuxu təbabəti şöbəsinin aparıcı mütəxəssisi, Almaniyada Azərbaycanlı Həkimlər Forumun həmtəsisçisi, Köln Universitetinin Tibb fakültəsinin doktorantı Elvin Hüseynov çıxışında antibiotikə davamlılığın qarşısının alınması yollarından danışıb və insan mikrobiomunun xəstəlik və sağlamlıqdakı roluna diqqət çəkib:

 

"Antibiotiklər bakteriyaların böyüməsinə və inkişafına təsir göstərə bilən təbii və süni şəkildə sintez edilmiş maddələrdən ibarətdir. İnsan sağlamlığını təhdid edən bəzi ciddi xəstəliklərin olması halında antibiotiklərin qəbulu zəruridir. Lakin təəssüf ki, antibiotiklərin təsiri altında yalnız patogen bakteriyalar deyil, həm də bədənin faydalı mikroflorası ölür və antibakterial terapiya kursundan sonra mikrofloranın bərpası məcburidir. Antibiotiklər ən çox pnevmoniya, vərəm, qan zəhərlənməsi, kəskin mədə-bağırsaq infeksiyaları, cinsi yolla ötürülən infeksiyalar, əməliyyatdan sonrakı ağırlaşmalar zamanı təyin edilir. Antibiotiklərin geniş tətbiqi bu dərmanlara davamlı bakteriyaların ştamlarının yaranmasına səbəb olur. Antibiotiklərin təsiri altında orqanizm müxtəlif infeksiyalara qarşı müstəqil şəkildə müqavimət göstərmək qabiliyyətini itirir”.

 

Daha sonra Köln Universitet Klinikası, Mikrobiologiya, İmmunologiya və Gigiyena İnstitutunun həkimi Aysel Əhmədzadə pandemiya dövründə sürətlə yayılan, flukanazola davamlı “Candida aurius” infeksiyasından bəhs edib.

 

Göruşdə iştirak edən ATU-nun Yoluxucu xəstəliklər kafedrasının professoru Sədrəddin Atakişizadə və II Uşaq xəstəlikləri kafedrasının assistenti Gülnarə Nəcəfova mövzuyla bağlı öz fikirlərni söyləyiblər.

 

Maraqlı keçən toplantıda klinikanın həkim və həkim-rezidentlərini düşündürən suallar cavablandırılıb.

 

Görüş ATU-nun Tədris Cərrahiyyə Klinikasının Klinik-diaqnostik laboratoriyası və Rezidentura və magistratura şöbəsinin təşkilatçılığı ilə baş tutub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır