ATU-da "Tədqiqatın dizaynı" adlı silsilə seminarlara start verilib
26.04.2024 14:23

Azərbaycan Tibb Universitetində (ATU) "Tədqiqatın dizaynı" adlı silsilə seminarlara start verilib.

 

Universitetdən Aztibb.az-a verilən xəbərə görə, bu proqram çərçivəsində ATU-nun Əczaçılıq Texnologiyası və idarəçiliyi kafedrasının dosenti Leyla Mansurova "Elmi tədqiqat işinin aparılması" mövzusunda təlim keçirib.

Təlimdə elmi tədqiqatın aparılması ardıcıllığını əks etdirən alqoritm açıqlanıb. Dosent L.Mansurova növündən asılı olmayaraq, elmi araşdırmaların eyni struktura malik olduğunu və müəyyən şablon əsasında aparıldığını bildirib.

 

Qeyd olunub ki, ilk öncə auditoriya üçün maraqlı olan və araşdırma nəticəsində həlli tapılacaq problem formalaşdırılmalıdır.

Daha sonra məlumat mənbələri qeyd edilməli və lazımi göstəricilər müəyyənləşdirilməli, data məlumatlar toplanmalıdır. Təhlil mərhələsində alınmış nəticələr statistik baxımdan düzgün formada işlənməlidir və nəticələr təqdim olunmalıdır. Bu nəticələrin təsiri elmi araşdırma ilə sübuta yetirilməlidir.

 

İnteraktiv formada keçirilən seminarda ATU-nun müalicə-profilaktika, stomatologiya və əczaçılıq fakültələrinin tələbələri iştirak ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır