Tələbələr sərbəst işlərin tərtibinə dair məlumatlandırıllb  
26.04.2024 11:19

Azərbaycan Tibb Universitetində start verilmiş “Tədqiqatın dizaynı” adlı silsilə seminarlar davam edir.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, növbəti seminar aprelin 25-də baş tutub.

 

Əczaçılıq kimyası kafedrasının dosenti Fuad Məmmədov “Tələbələr tərəfindən sərbəst işlərin (layihələrin) tərtibi metodologiyası” mövzunda təlim keçib. 

 

Dosent sərbəst işlərdə planın necə tərtib edilməsi, hazırlanması, girişin verilməsi, nəzəri hissə, tədqiqat işlərində tətbiq edilən metodlar, nəticə, istifadə ediləcək ədəbiyyatların necə seçilməsi, lazımi əlavələrin necə verilməsi ilə bağlı tələbələri ətraflı məlumatlandırıb.

 

Tövsiyə edib ki, tələbələr sərbəst iş götürən zaman mövzunun aktuallığına fikir versin, mövzunun nə dərəcədə aktual olmasını əsaslandıra bilsinlər: “Hazırkı dövrdə dil problemi yoxdur, internetin inkişaf etdiyi bir dövrdə müxtəlif dillərdə ədəbiyyatlar əldə etmək, tərcümə proqramları vasitəsilə istənilən xarici materialı ana dilimizə tərcümə etmək olur. İndiki dövrdə 2-3 aya kifayət qədər material əldə etmək, ondan lazımi səviyyədə yararlanmaq mümkündür”.

 

Sərbəst işlərin, elmi araşdırmaların effektiv şəkildə aparılmasının əhəmiyyətindən bəhs edən F.Məmmədov tələbələri maraqlandıran sualları da ətraflı cavablandırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır