Böyrək daşı xəstəliyi nədir və necə yaranır?
23.03.2024 10:47
Böyrək daşı xəstəliyi hazırda uşaqlar və böyüklər arasında geniş yayılmış xəstəlikdir və yaranma mexanizmi müxtəlif olduğu üçün hələ də tam olaraq məlum deyil.
 
Bu barədə Aztibb.az-a məlumat verən Naftalan Şəhər Mərkəzi Xəstəxanasının həkim-uroloqu Fərid Əhmədov bildirib ki, böyrək daşı xəstəliyi sidik-ifrazat sisteminin ən çox yayılmış xəstəliklərindən biridir. Xəstəliyin yaranmasına maddələr mübadiləsinin müxtəlif daxili və ya xarici səbəblərdən pozulması, zülalla zəngin qidaların qəbulu, irsi faktorlar, çirkli su, mayenin az qəbul edilməsi və digər amillər səbəb ola bilər. Sidik axarında daralma varsa, hər iki böyrək lazım qədər sidik axarından sidik kisəyə buraxmırsa, bu zaman sidik böyrəklərə gedir böyrək daşı və sidik kisəsi daşları yaranır.
 
Onun sözlərinə görə, xəstəliyin əsas əlamətləri bel nahiyəsində küt və ya sancı şəkilli ağrı, sidik ifrazının azalması yaxud kəsilməsi, qanlı, bulanıq olması, arterial təzyiqin yüksəlməsidir. Böyrək daşları əsasən heç bir əlamət olmadan sidik-ifrazat yolları vasitəsilə xaric olunsa da, bəzi hallarda dərman preparatları və hətta cərrahi müalicəyə ehtiyac yaranır.
Müalicə necə aparılır?
 
Fərid Əhmədov qeyd edib ki, daş böyük olduqda dərman preparatları ilə müalicə və daşı əritmək lazım gəlir. Daş balaca olduqda daş sidik axarına düşəndən sonra müalicəyə başlanılır. Sidik axarının genişlənməsi və daşın düşməsi üçün dərman preparatları ilə müalicə aparılır və ehtiyac yarandığı halda cərrahi əməliyyat oluna bilər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır