Bir çox hallarda əlilliyə gətirib çıxaran ağır xəstəliklərin qarşısını yalnız peyvəndlə almaq mümkündür
06.03.2024 09:11

Bir çox hallarda əlilliyə gətirib çıxaran, hətta ölümlə nəticələnən ağır xəstəliklərin qarşısını yalnız peyvəndlə almaq mümkündür.

 

Aztibb.az xəbər verir ki, bu fikri ATU-nun II Mamalıq və ginekologiya kafedrasının assistenti Zərifə Hüseynova peyvəndlə bağlı danışarkən deyib.

 

O, bildirib ki, hazırda bir çox yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndlər aparılır. Peyvənd xəstəlik törədən mikroblara qarşı orqanizmin mübarizə qabiliyyətini xeyli gücləndirir, nəticədə toxuma və hüceyrə elementləri müvafiq mikrobları məhv etmək üstünlüyü qazanır. Eləcə də göz yaşı, ağız suyu, limfa, onurğa, onurğa beyin mayesi, xüsusilə qanda mikroblara və onların zəhərli maddələrinə qarşı əks-təsir göstərən maddələr əmələ gətirir ki, bu da insana 80-90% sağlamlıq təminatı verir. Peyvənd kimi istifadə etmək üçün xəstəlik törədən mikrobların özündən və onların toksinlərindən vaksin hazırlanır. Vaksinlər müəyyən temperaturda qızdırılmaqla və yaxud mikroböldürücü dərmanlarla öldürülmüş mikroblardan müxtəlif bioloji, fiziki və kütləvi amillərin təsiri altında xəstəliktörətmə qabiliyyətini itirmiş diri mikroblardan əldə edilir.

 

Zərifə Hüseynovanın sözlərinə görə, diri mikroblardan hazırlanan vaksin daha effektli nəticə verir: “Nəzərə çatdırım ki, ilk və təkrar peyvəndlər bir dəfə aparılır. Vərəmə yoluxmamış şəxslər 5-7 il fasilə olmaqla 30 yaşa qədər peyvənd edilir. Doğum evində peyvənd almamış, vaxtından əvvəl doğulmuş uşaqlara BSJM vaksini vurulur. Qızılca əleyhinə - 12 aylığında ilk peyvənd bir dəfə aparılır. Əgər göstəriş və əks-göstərişlərə riayət edilərsə, peyvəndin heç bir qorxusu yoxdur”.

 

Peyvəndin bir sıra növlərinin mövcud olduğunu qeyd edən Z.Hüseynova onun aparılma qaydalarından da bəhs edib. Bildirib ki, vərəm əleyhinə doğum evində peyvənd almamış və ən azı 2,300 qr çəkisi olan vaxtından qabaq doğulan uşaqlara BSJ-li vaksin vurulur. Həmçinin qrip əleyhinə - ilk peyvənd 7 ildə bir dəfə, difteriya əleyhinə isə 9 və 16 yaşda aparılır. Bundan başqa, polimeritə qarşı - 3 aylıqda, 1-2, 2-3, 7-8 və 15-16 yaşlarda peyvənd aparılır. İlk peyvənd 45 gün fasilə verməklə 3 dəfə, birinci və ikinci təkrar peyvəndlər isə 45 günlük fasilə ilə 2 dəfə olmalıdır. Üçüncü və dördüncü təkrar peyvəndlər isə 1 dəfə aparılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır