“Yaşıl enerji və yaşıl iqtisadiyyat problemləri” adlı beynəlxalq seminar keçiriləcək  
18.03.2024 14:42

5 aprel 2024-cü il tarixində AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun təşkilatçılığı ilə “Yaşıl enerji və yaşıl iqtisadiyyat problemləri” mövzusunda beynəlxalq iştirakla elmi seminar keçiriləcək.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, seminarın keçirilməsinin məqsədi müvafiq sahə mütəxəssislərini vahid platformada birləşdirməklə, son illərdə “Yaşıl enerji” tədqiqatlarında qazanılan, yeni, ekoloji təmiz energetik texnologiyaların yaradılması və tətbiqi sahəsində əldə edilən elmi-metodiki və texniki uğurların, yeni yanaşmaların nümayişi, bu sahədə təcrübə mübadiləsi və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsindən ibarətdir. Elmi tədbirdə müzakirə olunacaq əsas məsələlər aşağıdakılardır:

 

‒  Cəmiyyətin inkişafında yaşıl dünyanın kosmik rolu;

‒  Yaşıl enerji və ətraf mühit problemləri;

‒ Bioyanacaq və hidrogen iqtisadiyyatı;

‒  Bərpa olunan enerji texnologiyaları və onların cəmiyyətin sosial-iqtisadi inkişafına təsiri;

‒ Ekoloji problemlərin həllində innovativ yanaşmalar;

‒  Bərpa olunan enerji sahəsində texnoloji trendlər.

 

Bütün maraqlı tərəflər və mütəxəssislər dəvətlidirlər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib