Hemofiliya evdə müalicə edilə bilər - Professor tibbi irəliləyişdən danışdı
05.03.2024 17:25

İstanbul Universitetinin (İU) rektoru professor Bülənt Zülfikar nadir xəstəliklərdən olan hemofiliya xəstəliyinin müalicəsi üçün belə xəstələrin artıq xəstəxanaya getmədən, evdə istifadə olunacaq dərmanlarla normal həyatlarına davam edə biləcəklərini bildirib.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, alim hemofiliya və onların müalicəsində əldə edilən irəliləyişlərdən danışıb.

Dünyada hər 2 min insandan birində və ya daha azında görülən xəstəliklərin “nadir xəstəliklər” adlandırıldığını deyən alim, nadir xəstəliklərin əmələ gəlməsinin arxasında genetik səbəblərin olduğunu və bu vəziyyətin bəzən xəstəlik, bəzən də ortopedik olaraq ortaya çıxdığını bildirib.

Qeyd edib ki, bu xəstələr dərmanlarla normal insanlar kimi həyatlarına davam edə biləcəklər. Dərmanlar xəstələrin sosial həyata qoşulmasına, məktəbi bitirməsinə, işlə təmin olunmasına və ailə qurmasına kömək edəcək.

"Hemofiliya xəstəliyi doğuşdan əlamətlər göstərə bilər. Doğuş zamanı göbək kəsildikdə göbəkdən qanaxma ola bilər. Skrininq testləri üçün qan götürülən nahiyədən qanaxmanın dayanmaması əlaməti ola bilər. Erkən sünnət edilən oğlanlarda sünnət yerinin qanaması dayanmır və yara sağalmır. Təbii ki,uşaq böyüdükcə bağırsaq qanaması,beyin qanaxmaları da ola bilər", – deyə professor qeyd edib.

“Hemofiliyadan qorxmağa ehtiyac yoxdur”

Dərman vasitələrinin o qədər də inkişaf etmədiyi dövrdə insanların qanaxma zamanı davamlı olaraq xəstəxanaya getdiyini, qanaxmanın dayandırılması üçün xəstəyə plazma verildiyini və bunun xəstənin sosial həyatına təsir etdiyini xatırladan alim, inkişaf edən texnologiya ilə, plazmanın genetik kodlarının müəyyən edilərək laboratoriya bununla bağlı işlərə başlanıldığını deyib:

"Əvvəllər hemofiliya yalnız plazma verməklə müalicə olunurdu. İndi bunları xüsusi şüşələrdə evlərə aparmaq olar. Xəstələrin xəstəxanaya getməsinə ehtiyac yoxdur. Qanaxma şübhəsi olduqda dərmanı dərhal tətbiq edilir və problemin qarşısı alınır. Onların 10 gündən bir və ya 2 aydan bir yeni dərmanlar istifadə edərək normal həyatlarına davam etmək imkanları var. Artıq hemofiliyadan qorxmağa ehtiyac yoxdur".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev