Uzun müddətli mobil telefondan istifadə edərkən diqqətli olun: Cib boyun sindromu nədir?
24.02.2024 17:53

İnkişaf edən texnologiya ilə insanların kompüter və planşet, xüsusilə də cib telefonları kimi cihazların qarşısında keçirdikləri vaxt artır.

Aztibb.az “CNN Türk”ə istinadən xəbər verir ki, fiziki müalicə və reabilitasiya mütəxəssisi Semiha Ülkü Gül uzun müddət cib telefonu istifadəsinin zərərlərinə diqqət çəkib.

Cib telefonu ilə sərf olunan vaxtın həftədə 24 saata çatdığını ifadə edən mütəxəssis telefonun səhv mövqedə istifadəsi ilə bağlı xəbərdarlıq edib.

Cib boyun sindromu


Cihazı göz səviyyəsində istifadə etməmək, hər 2 saatdan bir cihazdan ayrılmamaq və idman etməmək və pis duruş boyun yırtığına səbəb ola bilər. Bu vərdişlər davam edərsə yırtıq irəliləyərək qol sinirlərinə təzyiq edir, qolda güc itkisi ilə proqressiv iflic adlandırdığımız vəziyyət yaranır.

Adətən orta yaşlarda baş verən duruş pozğunluqları son zamanlar uşaqlarda da müşahidə olunmağa başlayıb. Bunun səbəbi uşaqların uzun müddət cib telefonları və ya planşetlərlə zaman keçirməsidir ki, sonda "cib boyun sindromu" adlanan hal yaranır.

Ən yaxşı məşq üzgüçülükdür

"Duruş pozulduqca, boyun, onurğa quruluşu və bel quruluşu bir müddət sonra dəyişir və bu struktur pozğunluğu bir-birinin ardınca davam edir. Valideynlərə tövsiyə edirik ki, uşaqlarının eyni mövqedə dayanmasına mane olsunlar və onları müxtəlif idman növlərinə yönəltsinlər. Ən yaxşısı, üzgüçülüklə məşğul olmaqdır, əgər bunu edə bilmirlərsə, uşaqların daha açıq havada vaxt keçirməsinə şərait yaratmaq lazımdır", – deyə həkim tövsiyə edib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev