“Ozempic” mədəaltı vəzi üçün təhlükəsizdir – TƏDQİQAT
21.02.2024 14:17

İsrail alimləri diabetli xəstələrdə qan şəkərinin səviyyəsini azaltmaq üçün istifadə edilən GLP-1 reseptor aqonist dərmanlarının mümkün yan təsirlərini anlamağa kömək edən bir araşdırma aparıblar.


Aztibb.az xəbər verir ki, “Pharmacy and Clinical Pharmacology” jurnalında dərc edilən nəticələr “Ozempic” də daxil olmaqla, bu dərmanların mədəaltı vəzi xərçənginin inkişaf riskini artırmadığını göstərir.


Məlumata görə, “Ozempic” GLP-1 reseptorunu (qlükaqona bənzər peptid-1) aktivləşdirən və qanda şəkərin səviyyəsini və qidadan enerji sərfiyyatını azaltmağa kömək edən dərmanlar qrupuna aiddir. Bu dərmanlar qida mədəyə daxil olduqda bədən tərəfindən istehsal olunan bir hormon kimi fəaliyyət göstərir və qlükoza səviyyəsi yüksəldikdə mədəaltı vəzin insulini buraxmasına kömək edir.


GLP-1 reseptor aqonistlərinin artan istifadəsi ilə onların mümkün mənfi təsirləri ilə bağlı narahatlıqlar yaşanıb. 2010-cu illərdə aparılan bəzi tədqiqatlar bu sinif dərmanların istifadəsi ilə mədəaltı vəzi xərçəngi riskinin artması arasında əlaqə olduğunu irəli sürüb.


Bununla belə, israilli elm adamları GLP-1 reseptor aqonist dərmanları qəbul edən 2-ci tip şəkərli diabet xəstələrinin vəziyyətində bu əlaqəni təkzib edə biliblər. Bu qrup xəstələrdə mədəaltı vəzi xərçənginin inkişaf riski yalnız insulindən istifadə edənlərə nisbətən yüksək olmayıb. Bu nəticələrə nail olmaq üçün alimlər şəkərli diabet və artıq çəkidən əziyyət çəkən 543 595 nəfərin məlumatlarını təhlil etməli olublar.


Tədqiqat başlamazdan əvvəl tədqiqatçılar iştirakçıların sağlamlıq vəziyyəti haqqında məlumat toplayıblar və sonra onları doqquz il izləyiblər. Nəticə 1665 subyektdə mədəaltı vəzi xərçənginin inkişaf etdiyini ortaya qoyub. Bununla belə, insulin və GLP-1 reseptor aqonistləri qəbul edən xəstələr qrupları arasında insidentin fərqi əhəmiyyətsiz olub.


Qeyd olunub ki, GLP-1 reseptor agonist preparatları insulinlə müqayisədə bir sıra üstünlüklərə malikdir. Bu tədqiqatın nəticələri diabetin müalicəsi üçün optimal strategiyanı seçən həkimlər və xəstələr üçün faydalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev