Hemoqlobini yüksəltmək üçün nə etməliyik?
18.02.2024 10:32

Hemoglobin eritrositlərdə yaranan zülaldır. Onun tərkibində düzgün maddələr mübadiləsinin təmin edilməsi üçün orqanizmə lazım olan çoxlu sayda dəmir var.


Aztibb.az “Involta media” nəşrinə istinadən xəbər verir ki, mütəxəssislərin bildirdiyi kimi, hemoqlobin, hüceyrələrdən karbon dioksidi alaraq insanın ağciyərlərinə yönləndirməklə oksigeni orqanizmin bütün toxumalarının hüceyrələrinə köçürülməsini həyata keçirir.


İnsan qanında hemoglobinin tərkibinin normativ göstəriciləri mövcuddur:


• kişilər – 135–160 q/l;
• hamilə olmayan qadınlar - 120–140 q/l;
• hamilə qadınlar – 110 q/l


Hemoqlobinin aşaği olmasinin əlamətləri:


• dərinin solğun rəngi;
• dəri qurudur və qabıq verir;
• dodaqların yasəmən rəngli çalarda olması;
• dırnaqlar tezsınandır və lay verir;
• saçlar qurudur və tezqırılandır, tökülür;
• ümumi halsızlıq və zəiflik, tez yorğunluq, yuxululuq;
• tez-tez huşunu itirmələr, baş ağrıları;
• aşağı arterial təzyiq, sürətli ürək döyüntüsü;
• bədən temperaturu hər hansı bir xəstəliyin əlamətləri olmadan 37,5 dərəcəyə qədər yüksəlir;
• iştahanın aşağı olması;
• qəbəliklərin və ya ishalların baş verməsi.


Hemoglobinin artırılması üçün ən yaxşı məhsullar


Balıq əri, mal əti, dovşan əti, hinduşka ət və toyuq əti özlərini daha yaxşı göstərib. Buraya da dəmirlə ən çox zəngin olan yan məhsulları — ürəyi, qaraciyəri, dili aid etmək olar. Tərkibində yüksək dərəcədə mikroelementllər olar balıq növləri — sardina və tunes.


Dəniz məhsulları yüksək dərəcədə zülal tərkibinə malikdir. Paxlalılar (mərcimək, noxud və lobya) gem dəmiri ehtiva edir və eyni zamanda bu mikrolelntlə zənginliyə görə ən yaxşı hesab edilirlər.


Tərəvəzlərdən tərkibinə görə gem dəmiri ilə ən zəngin olanlara çuğunduru, (eritrositlərin fəaliyyətini işə salır), pomidoru (qanın tərkibini yaxşılaşdırır), kartofu (dəmirin mənimsənilməsinə kömək edir), həmçinin yerkökü nü (ümumiyyətlə bədənin işinə yaxşı təsir göstərir) göstərmək olar.


Bundan əlavə, təzə cəfəri, yaşıl soğan, həmçinin meyvələrdən qoz – fındıq, heyva, xurma, armud, alma, nar, ərik və kivi, qara qarağat, meşə çiyələyiqaragilə və quşarmudu tövsiyə olunur.


Dəmir mənbələri kimi, dörd təzə sıxılmış içkini ayırd etmək olar: kartof, yunan qabağısı, çuğundur, yerkökü şirələri. Onların təsiri tərəvəzlərin təsirləri ilə eynidır. Amma maksimum fayda yalnız təbii şirələrdədir. Mağaza şirələri təəssüf ki, az təsirlidir.


Bal, hemoqlabinlə bağlı vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırır və orqanizmə ümumi möhkəmləndirici təsir göstərir.
Quru meyvələr də, həmçinin dəmirinin yerinin dolurulmasına əhəmiyyətli dərəcədə rola malikdirlər. Qaysı qurusu, əncir, xurma, qara gavalı anemiya ilə mübarizədə ən yaxşı seçim hesab edilirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev