Qoturluq xəstəliyinə ən düzgün diaqnoz laborator analizlər nəticəsində qoyulur
17.02.2024 13:52
Qoturluq xəstəliyi günümüzdə geniş yayılmış parazitar dəri xəstəliklərindən biridir. İmmuniteti zəif olan insanlar xəstəliyə daha tez yoluxurlar. Xəstəlik yoluxucu olduğundan bir nəfərdə aşkarlanarsa, mütləq digər ailə üzvləri də müayinə və müalicələrə cəlb olunmalıdırlar. 
 
Aztibb.az xəbər verir ki, bu fikirləri Bakı Baş Səhiyyə Mərkəzinin 1 nömrəli Dəri-Zöhrəvi Dispanserinin baş həkimi Yusif Cabbarlı qoturluq xəstəliyi ilə bağlı məlumat verərkən deyib.
 
Onun sözlərinə görə, qoturluq xəstəliyi bugünkü gündə ən geniş yayılmış, aktual xəstəliklərdən biridir. Əvvəlki illərlə müqayisədə xəstəliyin statistikasında artım müşahidə olunur. Qoturluq – infeksion-parazitar xəstəlikdir, canlılar - qotur gənələri tərəfindən yaradılır. İnkubasiya dövrü 8-14 gündən ibarətdir. Xəstəliyin əlamətləri kimi ən çox gecə qaşınmaları, dəridə qoşa səpkilər formasında özünü göstərir. Səpkilərə ən çox bədənin nazik yerlərində, qarın, dirsəyin ön hissəsində, sarğı nahiyələrində, cinsiyyət orqanlarında rast gəlinir.
 
Y.Cabbarlı bildirib ki, qoturluq yoluxucu xəstəlik olduğu üçün bir nəfərdə aşkarlanarsa, dərhal onun ailə üzvləri, təmasda olduğu digər şəxslər də müayinə və müalicələrə cəlb olunmalıdır:
“Xəstəliyin yaranma səbəblərinə gəldikdə isə daha çox yaşayış şəraiti zəif olan insanlarda, sanitar-gigiyenik qaydalara riayət olunmaması, təsadüfi cinsi əlaqələr zamanı meydana gəlir. İmmuniteti zəif olan insanların xəstəliyə yoluxma ehtimalları daha böyükdür”.
 
Həkim-mütəxəssis bəzən qoturluq xəstəliyinə səhv diaqnozların qoyulduğunu, bunun isə xəstəliyin gedişatına mənfi təsir göstərdiyini də nəzərə çatdırıb. Qeyd edib ki, xəstəliyə ən düzgün diaqnoz laborator analizlər nəticəsində qoyulur. Xəstəliyin qarşısı vaxtında alınmazsa, yoluxucu xarakter ala, çox böyük fəsadlar verə bilər. Bəzən həkimlərin səhvi ucbatından qaşınan yerlərə steroid dərmanlar tətbiq olunur.
Qoturun ağırlaşmalarından biri də dermatitlərdir.
 
Baş həkim xəstəliyə düzgün diaqnoz qoyulduğu halda, müalicə müddətinin qısa çəkdiyini də vurğulayıb:
“Belə ki, böyüklərdə 33 % kükürd mazları 5 gün ərzində səhər və axşam, baş və üz nahiyələri istisna olmaqla bədənin hər yerinə sürtülür. Bu müddət ərzində çimmək olmaz, müalicə müddəti ərzində istifadə olunan paltarlar yuyulub-ütülənməli, dezinfeksiya olunmalıdır. Xəstənin müalicə müddəti ərzində istifadə etdiyi yataq dəsti dəyişdirilməlidir.
Uşaqların dərisi daha kövrək olduğundan isə müalicə zamanı dərini yandırmaması üçün 20 % kükürd mazlarından istifadə olunur.
Bununla yanaşı, xəstəliyin müalicəsi üçün benzil - benzatın müxtəlif suspenziyalarından, permitil dərmanının krem və emusiyalarından istifadə olunur”.
 
Mütəxəssisimiz xəstəliyin müalicə müdddətinin tamamlanmasından 2 həftə sonra xəstəyə baxış keçirilməsinin, lazım olarsa, əlavə müalicə kursu təyin olunmasının vacibliyini qeyd edib.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır