ATU-nun Farmakologiya kafedrasında elektron reseptin tətbiqi ilə bağlı seminar keçirilib  
07.02.2024 11:28

Azərbaycan Tibb Universitetinin (ATU) Farmakologiya kafedrasında rəqəmsal resept (elektron resept) sisteminin tətbiqi ilə bağlı elmi-praktik seminar keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, kafedranın müdiri, professor Musa Qəniyev bu proqramın ölkəmizdə tibbi məlumatların əlçatanlığını, tibb mütəxəssislərinin vətəndaşlara daha sürətli və effektiv xidmət göstərməsini təmin edəcəyini deyib.

 

Rəqəmsal resept layihəsinin dövlət başçısının 15 avqust 2023-cü il fərmanı ilə bu ilin əvvəlindən qüvvəyə mindiyini xatırladan M.Qəniyev qeyd edib ki, yeni növ reseptlər əvvəllər təyin edilmiş dərmanların dozalanma nisbəti və tarixini görməyə, eləcə də xəstəliklərə dərman təyininin Beynəlxalq Protokollara əsaslandığını müəyyən etməyə imkan verəcək. Bu, həm də dərman satışı sahəsində tranzaksiyaya (pul vəsaitləri ilə həyata keçirilən əməliyyatlara) nəzarəti və bu prosesin şəffaflığını təmin edəcək. Elektron Resept sisteminin tətbiqi və təlimat qaydalarının tədris proqramına daxil edilməsi zərurətdir.

 

Elmi-praktik seminarda Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Keyfiyyətə Nəzarət şöbəsinin müdiri, Elektron resept sisteminin AEM tərəfindən koordinatoru Səid Fərzullayev çıxış edərək Elektron Resept sistemi haqqında geniş məlumat verib. Qeyd edib ki, tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatının aparılmasında başlıca məqsəd vətəndaşların keyfiyyətli, təhlükəsiz və etibarlı səhiyyə xidmətlərinə əlçatanlığını təmin etməkdir. Bu sistem vətəndaşlara dərman vasitələrinin yazılması və əldə olunması prosesində tam şəffaflığı və əlçatanlığı təmin edir. Pasiyent müayinə olunduqdan sonra, ona yazılacaq hər bir dərman preparatı, elektron sistemdə vahid olaraq yerləşdirildikdə, ümumi sistemdən görünəcək. Yeni sistem həm də  kağız dövriyyəsini azaltmağa, həkimlərin xəstələrə daha sürətli xidmət göstərməsinə şərait yaradacaq. Elektron reseptin tətbiqi ilə bütün əczaçılıq və tibb müəssisələrinin inteqrasiyası da təmin ediləcək.

 

Sonda S.Feyzullayev yeni sistemin tətbiqi ilə bağlı tədbir iştirakçılarını  maraqlandıran sualları cavablandırıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır