Şüursuz istifadə edilən həşərat dərmanları insanları öldürməyə davam edir
07.02.2024 10:05

Entomofobiya psixologiyada "həşərat qorxusu" deməkdir. Mütəxəssislər böcəklərdən qorxmamaq lazım olduğunu desələr də, onların ekosistemin bir parçası olduqlarını vurğulasalar da, bir çox insan bu kiçik və gözlənilməz canlılardan qaçmaya bilmir. Bəzi insanlar təmizlik baxımından həşəratlarla təmasda olmağı xoşlamırlar.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu səbəblə insanlar istər işdə, istərsə də evdə həşəratları yaşadıqları yerdə görmək istəmirlər. Buna görə də müxtəlif kimyəvi maddələrlə həşəratlardan xilas olmağa çalışır. Ancaq bu kimyəvi maddələrdən düzgün istifadə edilmədikdə, təəssüf ki, təkcə həşəratlar ölmür.

Şüursuz istifadə ölümlə nəticələnir

Professor Cem Özkan həşəratlara qarşı dərmanların internetdən belə asanlıqla alına biləcəyinə reaksiya verib. O, bu satışların yoxlama çərçivəsində edilməli olduğunu vurğulayıb. Bildirib ki, dərmanlar səlahiyyətli şəxslər tərəfindən verilməlidir:

“Bu dərmanlardan istifadə peşəkarlıq tələb edir. Bunun üçün xüsusi maska, əlcək, pestisid avadanlığı və təcrübə tələb olunur. Bu işi görən şirkətlərin xərcləri yüksək olduğundan vətəndaş problemi özü həll etməyə çalışır. Hətta özləri həll etməyə çalışanda belə xoşagəlməz nəticələr ortaya çıxır”.

Evdə həşərat və ya zərərvericilər görünsə, mütəxəssislərə müraciət etmək həyati əhəmiyyət kəsb edir. Bəs zəhərlənmə baş verərsə nə etməli? Bu mövzuda professor çox vacib xəbərdarlıq edib:

“Zəhərlənmə olanda ilk işi həmin dərmanla tibb müəssisəsinə müraciət etmək olur. Bəzən qusma tələb olunur. Bəzən isə qusma çox təhlükəlidir. Hər bir dərmanın zəhəri zərərsizləşdirmək qabiliyyəti fərqlidir. Həkim pestisidin nə olduğunu bilmirsə, heç nə edə bilməz. O, həmin dərmanı qəbul edəcək və həmin dərmanın təsiredici maddəsinə uyğun müalicə olunacaq. Zəhərlənmə olanda o dərmanı götürsələr, həkim nə edəcəyini bilər. Əks halda həkim çarəsiz qalacaq”.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev