Azərbaycanda yoluxanlar azalsa da, ölüm sayı artır - Baş infeksionist SƏBƏBİ AÇIQLADI
22.07.2020 19:08

Son günlər Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanları üstələyib.


Lakin virusdan ölənlərin sayında artım müşahidə olunur. Ötən gün Azərbaycanda daha 449 nəfər koronavirusdan sağalıb, 13 nəfər isə vəfat edib.

 

Azərbaycanın baş infeksionisti Cəlal İsayev açıqlamasında ölüm sayının artması səbəblərindən danışıb.

 

Ölüm sayının indiki dövrdə yoluxanlara əsasən hesablanmadığını söyləyən C.İsayev bildirib ki, son günlər virusdan həyatını itirənlər bir müddət öncə yoluxmuş və vəziyyəti ağırlaşdığından xilas edilə bilməyənlərdir:

 

Yoluxanların hamısı aktiv xəstələr deyil. Ola bilsin ki, yoluxanların arasında virusu çox yüngül və klinik keçirənlər də var. Ağır xəstələr əsasən reanimasiyada olanlar içərisindən hesablanır. Onların arasında təbii ki, ölüm halları da olur. Əsasən yanaşı xəstəliyi olanlarda ölüm halları daha çox baş verir. Xüsusilə, şəkər xəstəliyi, ürək-damar sistemi və tənəffüs sistemində patalogiyası olan insanlarda bu mümkündür. Ona görə də, ölüm sayı müxtəlif - bir gün 5, bir gün 10 nəfər olur".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır