Onkoloq xərçəng riskini azaltmağın əsas yollarından danışıb
16.01.2024 14:45

Son zamanlar onkoloji xəstəliklərlə bağlı mövzular getdikcə daha çox müzakirə olunur və onların “cavanlaşması” məsələsi xüsusilə aktualdır.

Aztibb.az xəbər verir ki, bu günlərdə “Rossiyskaya qazeta” onkologiya sahəsində tanınmış mütəxəssis, “Rusiya Dəmir Yolları-Tibb” səhiyyə şəbəkəsinin baş onkoloqu, Moskva Dövlət Tibb Universitetinin onkologiya və şüa terapiyası kafedrasının dosenti Dmitri Reşetov ilə müsahibə aparıb. Alim xərçəng xəstəliyinin artmasına hansı amillərin təsir etdiyini bildirib.

Onkoloq vurğulayıb ki, müxtəlif illərdəxərçəngə yoluxma və xərçəngdən ölüm statistikasını təhlil edərkən çoxistiqamətli dinamika ilə ratslaşıb. Xərçəngin bəzi növlərinin tezliyində artım var, digər növlərdə isə əksinə, azalma müşahidə olunur.

Maraqlıdır ki, alim rusiya nümunəsində son iki onillikdə kişilər arasında xərçəngə tutulma hallarının 8,4%, qadınlarda isə 45% artdığını müşahidə edib. O, bunu digər məsələlərlə yanaşı, daha təkmil diaqnostika üsulları və skrininq proqramlarının geniş tətbiqi ilə izah edib. Məsələn, prostat vəzi və döş xərçəngi hallarının artması tez-tez bu amillə əlaqələndirilir.

Ekspert həmçinin xərçəngdən ölüm hallarının əhəmiyyətli dərəcədə azaldığını - son 20 ildə 35%-dən çox olduğunu qeyd edib. Bu, həm diaqnostika və müalicə üsullarının təkmilləşdirilməsi, həm də xərçəngin aqressiv formalarının sayının azalması ilə bağlıdır.

Risk faktorları məsələsinə gəldikdə, onkoloq onları dəyişdirilə bilən və dəyişdirilə bilməyənlərə ayırıb:

Birinci qrupa dəyişdirilə bilən və həyat tərzi ilə bağlı olanlar daxildir: siqaret, piylənmə, yemək vərdişləri, fiziki fəaliyyət və cinsi davranış.

Dəyişdirilə bilməyən amillərə daxildir: irsiyyət və genetika.

Həkim aydınlaşdırıb ki, həyat tərzini dəyişmək və pis vərdişlərdən imtina etmək xərçəngin inkişaf riskini xeyli azalda bilər. Məsələn, ağciyər, qırtlaq, ağız boşluğu və sidik kisəsi xərçəngi siqaretlə, kolon xərçəngi isə pis qidalanma ilə əlaqədardır.

Alim xərçəngin "cavanlaşması" tendensiyasına xüsusi diqqət yetirib. Xərçəngin orta başlanğıc yaşının hələ də əsasən 60+ yaşda olmasına baxmayaraq, gənc xəstələr arasında süd vəzisi, ağız boşluğu və uşaqlıq boynu xərçənginə yoluxma hallarında artım müşahidə edib. Siqaret və piylənmə kimi dəyişdirilə bilən amillərin təsiri, həmçinin virusların, xüsusən də insan papillomavirusunun rolu bu prosesdə əsas rol oynayır.

Ümumiləşdirərək bu nəticəyə gələ bilərik ki, ölüm hallarının azalması və müalicə üsullarının təkmilləşdirilməsi kimi bəzi müsbət tendensiyalara baxmayaraq, xərçəng problemi aktual olaraq qalır. Elmi ictimaiyyət bu problemin müxtəlif aspektlərini öyrənməyə davam edir, səbəbləri anlamağa və yeni müalicə üsullarını tapmağa çalışır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev