Oftalmoloq gözdə qarışıq astiqmatizmin müalicəsi ilə bağlı tövsiyələrini verdi
16.01.2024 07:20

Astiqmatizm görüntünün torlu qişada fokuslanmasının pozulması, buna görə də cismin uzaqda və ya yaxında yerləşməsindən asılı olmayaraq, görmə itiliyinin itməsidir. Vaxtında terapevtik, və ya cərrahi müdaxilə olmadıqda vəziyyət görmə ilə əlaqədar problemlərin inkişafına səbəb ola bilər. Ağırlaşmış hallarda görməni tam bərpa etmək qeyri mümkün olur. Təcrübə göstərir ki, problemlə məşğul olub, onun qarşısını almaq üçün ən yaxşı dövr – uşaqlıq dövrüdür. 


Aztibb.az xəbər verir ki, cərrah oftalmoloq Emin Əlihüseynlinin sözlərinə görə, qarışıq astiqmatizmin korreksiyası nə qədər tez başlasa, bir o qədər yaxşı nəticə əldə etmək olar. Xüsusən bu uşaqlara daha çox aiddir. Vaxtında adekvat oftalmoloji tədbirlərin görülməməsi görmə funksiyasının normal inkişafına mənfi təsir edir, nəticədə ambliopiyanın (göz tənbəlliyi) və çəpgözlüyün inkişafına zəmin yaratmış olur.


Həkim qeyd edib ki, uşaq yaşlarında görmə eynəklərin, və ya kontakt linzaların köməyi ilə düzəldilir (korreksiya olunur). Eynəklər təyin edilərkən gözün sferik və silindrik göstəricilərinin kombinasiyası nəzərə alınır. Düzgün təyin edilmiş eynəklər uşaqlarda görmə qabiliyyətinin yaxşılaşmasına və gələcəkdə baş verə biləcək ağırlaşmaların minimuma endirilməsinə şərait yaradır. Bunun səbəbi odur ki, istər uşaq orqanizmi, istərsə də uşaqların görmə sistemi daim inkişafdadır və mütəxəssis tərəfindən düzgün təyin edilmiş korreksiya vasitələri bu prossesi düzgün istiqamətdə yönəldə bilər. Yeniyetməlik dövründən sonra xüsusi torik (astiqmatik linzaları) təyin etmək olar.

Eynəklərin təyini gözün miopik və hipermetropik göstəriciləri nəzərə alınmaqla, yalnız həkim oftalmoloq tərəfindən icra olunmalıdır. Müasir dövrdə qarışıq astiqmatizm zamanı həm yumşaq, həm də sərt linzalardan istifadə etmək olar.

Qarışıq astiqmatizm zamanı profilaktik tədbirlər

“Əgər pasiyentə qarışıq astiqmatizm diaqnozu qoyulubsa ona uzunmüddətli görmə gərginliyinə səbəb olan işlərdən qaçması tövsiyyə olunur. Beləki, uzun müddət kompüterdə işləmək, uzun müddət yaxın məsafədən televizor izləmək, fasiləsiz oxumaq gözlərin yorulmasına və halsızlıq, baş ağrısı, gözətrafı nahiyyənin ağrımasına səbəb ola bilər. Qarışıq astiqmatizmi olan şəxslər avtomobil idarə edərkən düzgün təyin edilmiş və maksimal görmə itiliyi verən eynəklərdən istifadə etməlidirlər”, – deyə oftalmoloq vurğulayıb.

Həkim əlavə edib ki, genetik meyllik olan hallarda xəstəlikdən boyun qaçırmaq və görmə ilə əlaqədar problemlərdən can qurtarmaq mümkünsüz görünür. Ancaq miopik komponentin inkişafını bu və ya digər dərəcədə tormozlamaq mümkündür.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib