Qarışıq astiqmatizm nədir? Səbəbləri və əlamətləri
15.01.2024 14:56

Qarışıq astiqmatizm refraksiya anomaliyalarının ağır forması kimi qəbul edilir. Beləki, bu zaman bir gözdə həm miopiyanın, həm də hipermetropiyanın xüsusiyyətləri müşahidə olunur. Bu zaman xəstənin bir, və ya hər iki gözü həm yaxını, həm də uzağı pis görür. Təsvir tor qişa üzərində deyil, həm tor qişanın önündə, həm də arxasında fokuslandığından görmə dumanlı və təhrif olunmuş olur.

Aztibb.az xəbər verir ki, cərrah oftalmoloq Emin Əlihüseynli astiqmatizmin buynuz qişanın, ya da büllurun formasında yaranan dəyişiklik nəticəsində meydana çıxdığını deyib: “Bunun nəticəsində insan aydın görmə qabiliyyətindən məhrum olur. Beləki, gözün optik sisteminin pozğunluğu və işıq şüalarının tor qişaya düzgün fokuslanmaması nəticəsində görmə bulanıq və dumanlı olur. Xəstəliyin adı onun mahiyyətini tam açır. Astiqmatizm -“nöqtənin olmaması” yəni, hər hansı nöqtəyə baxan zaman yanında kölgə ilə görmə kimi tərcümə olunur”.

Həkim qeyd edib ki, patoloji vəziyyət həm bir gözdə, həm də hər iki gözdə müşahidə oluna bilər. Bu vəziyyətin hər iki gözdə təsadüf edilməsi daha mürəkkəb hal hesab olunur. Xəstəlik həm anadangəlmə, həm də qazanılma olmaqla, iki qrupa bölünür. Qarışıq astiqmatizm nə qədər erkən aşkarlanıb, müalicəyə başlanarsa, gözün tənbəlləşməsinin qarşısı bir o qədər tez alınmış olar.

“Bəzən uşaq dünyaya bu patologiya ilə göz açır. Əgər valideynlərdən birində, və ya hər ikisində, və yaxud yaxın qohumlardan kimdəsə qarışıq astiqmatizm varsa, bu genlər irsən ötürülür. Əgər bu vəziyyət valideynlərdə müşahidə olunursa, böyük ehtimalla övladlara da ötürülə bilər. Uşaqlarda qarışıq astiqmatizm adətən çəpgözlüklə müştərək şəkildə müşahidə edilir. Uşaq onu əhatə edən aləmdə olan cisimləri aydın görə bilmədiyi üçün, bu onun hərtərəfli inkişafına mane olur. Xəstəlik uşaq doğulan kimi özünü göstərmir. Görmə funksiyası ilə bağlı problem uşaq böyüdükcə tədricən özünü göstərməyə başlayır”, - deyə oftalmoloq bildirib.

Qarışıq astiqmatizm 10 % hallarda məktəbəqədər uşaqlarda, 10 % hallarda məktəb yaşlı uşaqlarda, 20 % hallarda isə yaşlı şəxslərdə müşahidə olunur.

Diaqnoz anamnestik məlumatlar, fizikal baxış və spesifik müayinələrin nəticələri əsasında qoyulur.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev