“Streptokok A” infeksiyasının əlamətləri və müalicəsi 
08.01.2024 13:06

A qrupu streptokok burun, boğaz və dərinin səthində çox rast gəlinən və çox yayılmış bir mikrobdur. Əksər hallarda xəstəliyə deyil, lakin bəzən boğazda badamcıqların iltihabına (tonzillit) səbəb olur.

Aztibb.az xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, daha nadir hallarda, əsasən körpələrdə, ahıl yaşlılarda və immuniteti zəif olanlarda mikrob qana və ya bədənin toxumalarına daxil ola və həyat üçün təhlükə yarada bilər.

İnfeksiya Tonzillit (boğazda badamcıqların iltihabı) də daxil olmaqla bir çox xəstəliyə səbəb ola bilər. Angina zamanı burun-udlaqda qızartı, selikli qişa üzərində ağ nöqtələr şəklində irinli ocaqların yaranması ilə badamcıqların şişməsi və ağızdan pis qoxunun gəlməsi də müşahidə edilir. O, həmçinin dəri örtüklərinin iltihabına səbəb ola bilər.

Streptokok dəri toxumalarında çoxalaraq qanqrenanın yaranmasına səbəb ola və nəticədə nekrotik (ölmüş) toxumaların cərrahi kəsilməsini tələb edə bilər. Lakin streptokok infeksiyasının yaratdığı ən təhlükəli vəziyyət septik şokdur ki, o da, müalicə olunmadıqda ölümlə nəticələnə bilər.

Streptokok həmçinin autoimmun reaksiyalara səbəb ola bilər ki, bu zaman insanın öz immun sisteminin yaratdığı anticismlər oynaqlara, ürək qapaqlarına və böyrək toxumalarına hücum edərək, müvafiq olaraq, revmatoid artrit, revmatik ürək xəstəliyi və qlomerulonefritə gətirir.

Adətən penisilin adlı antibiotik streptokok infeksiyasının müalicəsinin əsasını təşkil edir. Bu, hamıya tanış olan antibiotik ilə müalicə ən azı 10 gün aparılır. Həyati təhlükə yaradan bir infeksiya hallarında isə xəstələrin müalicəsi üçün klindamisin adlı antibiotik yüksək dozada penisilin ilə yanaşı təyin edilir.

Müalicə effekt verməzsə və ya xəstənin penisillinə qarşı allergiyası varsa, əvəzinə sefalosporin qrupundan olan antibiotik təyin edilə bilər. Təəssüflə vurğulanmalıdır ki, Streptokok mikroblarına qarşı hazırda effektiv peyvənd yoxdur.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev