Uroloq-androloq: Xayaların iltihabına bir sıra xəstəliklər səbəb ola bilər
03.01.2024 17:39

Xayanın iltihabı orxit, xaya artımının iltihabı isə epididimit adlanır. Adətən xayanın iltihabı xaya artımınının iltihabı ilə eyni vaxtda olur və orxoepididimit adlanır.

 

Aztibb.az xəbər verir ki, həkim uroloq-androloq Ziyad Əliyev epididimitin səbəbi, əlamətləri və müalicəsi haqqında şəxsi veb-səhifəsində məlumat verib.

 

Epididimit yaxud orxoepididimitə cinsi yolla yoluxan xəstəliklərə tutulan insanlar arasında daha çox rast gəlinir. Bunlar infekion – iltihabı xəstəliklər və zöhrəvi xəstəlikləridir (qonoreya – tripit, trixomoniaz, xlamidioz, ureaplazmoz).
Cinsi yolla yoluxan xəstəliklərin törədiciləri prostatit, vezikulit (toxum kisəciklərinin iltihabı), uretrit (sidik kanalının iltihabı) törətdiyi üçün asanlıqla xaya artımı iltihablaşa bilir. Həmçinin bir sıra xəstəliklər də var ki, xayaların iltihabına səbəb ola bilir: qrip, pnevmaniya, parotit (svinka), skarlatina, brusellyoz, vərəm və.s.


Çox ciddi əhəmiyyət veriləsi hal epidemik parotitdən (svinkadan) sonra yaranan orxitdir. Parotitli uşaqların 20 – 40 % – də orxitlə ağırlaşma müşahidə edilir. Epididimitdən sonra xaya artımı, orxitdən sonra isə xaya atrofiyalaşır (ölçüsü kiçilir) və gələcəkdə kişi sonsuzluğu ilə nəticələnə bilir. Xayaların travmasından sonra da çox tez -tez orxit müşahidə edilir. Epididimit üçün yüksək risk qrupunu təşkil edən pasientlər sidik kanalında hər hansı əməliyyat, prosedura keçirmiş, sidik kateteri qoyulmuş pasientlərdir. Həmçinin travmadan sonra da xaya və xaya artımının ciddi iltihablaşmalaına rast gəlinir.


Epididimit və orxit əlamətlərin kəskinlik dərəcəsinə görə kəskin və xroniki olur. Epididimit xayalıqda kəskin ağrıların yaranması ilə başlayır. Xəstə onu bilmir ki, ağrıyan xaya artımıdır. İnsanların çoxu xaya artımı haqqında ümumiyyətlə məlumatlı deyil.


Adətən ağrı qasıq və bel nahiyyəsinə ötürülür edir. Epididimit olan tərəfdə xayalıq şişir, xayalıqda simmetriya pozulur, şişkinlik tərəfdə xayalığın dərisi qızarır. Temperaturu yüksəlir, qırışları hamarlaşır, toxunduqda kəskin ağrılı olur. Bütün bu yerli əlamətlərnən yanaşı olaraq, iltihaba xas olan digər əlamətlər də yaranır. Bunlara aiddir: ümumi zəiflik, halsızlıq, bədən temperaturunun yüksəlməsi, titrətmə, ürəkbulanma, qusma, iştahasızlıq. Vaxtında lazımi müalicə aparılmadıqda xayada irinli prosesə, absesə çevrilir.


Sağaldıqdan sonra belə xaya artımı öz funksiyalarını bərpa etmir. Sonsuzluqla nəticələnmə ehtimalı yüksəlir. Bu halda yaranan sonsuzluq ekskretor forma sonsuzluq adlanır. Çünki, xaya artımının toxumasında irinli proses yarandıqda, orada olan sperma kanalcıqları dağılır. Sağaldıqdan sonra isə bu kanalcıqların yerində çapıq toxuması əmələ gəlir.


Kəskin orxit zamanı da sadalanan bu əlamətlər müşahidə edilir. Lakin bütünlükdə xaya artımı deyil, xaya iltihablaşır, ağrılı olur. Həm epididimit həm də orxit keçirən xəstələrin sonsuz olma ehtimalı az deyildir.


Bir sıra hallarda xəstələrin həkimə müraciət etmədən özünü müalicə ilə məşğul olmaları vəziyyəti daha da çətinləşdirir. Xüsusilə də proses ikitərəfli olduqda. Çünki bu halda pasientin sonsuzluqla üzləşmə ehtimalı çox yüksəkdir. 
Ona görə də xayalarla əlaqədar hər hansı kəskin proses olarsa təcili olaraq həkimə müraciət etmək lazımdır. Həkim baxışından sonra əgər orxit yaxud epididimit müəyyən olunursa xəstə təcili olaraq xəstəxanaya yerləşdirilməlidir.


Bir neçə gün ərzində yataq rejimində müalicə aparılmalıdır. Əgər vaxtında müalicəyə başlamazsa xaya absesi ilə nəticələnə bilir. Belə olduqda cərrahi müdaxiləyə ehtiyac duyulur. Xaya ya tamamilə götürülür (orxektomiya) yaxud da daxilindəki irin boşaldılır və xəstə uzun müddət stasionarda müalicə alır. Yaxud xaya artımı əməliyyat olunaraq götürülür.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev