Valideynlərin övladlarının ev tapşırıqlarını yerinə yetirməsindəki rolu
01.11.2023 11:09

Ümumiyyətlə, əgər ana, yaxud nənə evdədirsə, uşaqları masa arxasında oturdacaq, ev tapşırığını etdirəcək, bir dərsi bir neçə dəfə izah edəcək... Nəticədə uşaq hər şeyi daha yaxşı edəcək.

Aztibb.az xəbər verir ki, psixoloq və pedaqoqların iddiasıa görə, məhz ev tapşırıqlarının yerinə yetirilməsi nəinki məktəbdə öyrəndiyimiz bütün bilikləri möhkəmləndirir, eyni zamanda şagirdin təşkilatlanmış, sistemli, öyrəndiklərini strukturlaşdırmasına yardım edir. Buna görə də ev tapşırıqlarının həll edilməsində valideynlərin rolu olduqca böyükdür.

Uşağın yadda saxlaya bilmədiyi məlumatları ona bu və ya digər formada öyrətmək, yadında qalması üçün yaddaş oyunlarını yerinə yetirmək valideynlərin vəzifəsidir.

Birinci sinif uşaqlarının valideynləri anlamalıdır ki, uşaqlara verilən ev tapşırığı elə onlara verilən tapşırıqdır. 7 yaşlı uşağa məktəbdə öyrədilən dərslərin çoxluğu ona uşaq kimi qalmağa imkan vermir. Ona nəfəs almaq, fasilələr üçün imkan yaratmaq, eyni zamanda oynamağa da icazə vermək lazımdır.

Məktəblinin öz dərs masası olmalıdır. "Divanda oturub, dərslərimizi oxuyarıq" söhbətini yığışdırın. Anası kələm doğrayan vaxt uşağın mətbəx masasının yanında riyaziyyat tapşırığı etməsinin heç bir mənası yoxdur. Onun daimi dərs oxuyacağı yer olmalıdır - dərs masası, stulu, şkafı. Və ətrafda onu dərsdən yayındıracaq nə varsa, hamısını uzaqlaşdırmaq vacibdir. Oyuncaqlar, disklər, konstruktorlar... Bunların hamısı mane olanlar siyahısına daxildir.

-Dərslərin yerinə yetirilməsi prosesinə uşağın ən çox sevdiyi dərsdən başlayın. Uşağınız hansı dərsi daha tez və zövqlə edirsə, siyahıda birinciliyi ona verin. Əgər uşaq tapşırığın üzərində uzun müddət dayanır və onun öhdəsindən gələ bilmirsə, ona daha rahat yerinə yetirəcəyi tapşırıq verin. Bu, beyin gimnastikası üçün çox önəmlidir.

Yox, əgər uşaq dərsə çox tez köklənib, tez də yorulursa, o halda ən çətin bildiyiniz dərslərdən başlayın. Çünki maksimum enerji və diqqət tələb edən tapşırıqları enerjili vaxtda etmək məsləhətdir.

Şifahi və ya yazılı tapşırıqların hansından başlamağın heç bir önəmi yoxdur. Yəni uşaq öncə qaydaları öyrənməli, ardınca qaydalara uyğun olan yazılı tapşırıqları yerinə yetirməlidir. Yəni bu işin doğru olan qaydası belədir.

Mütəxəssislər həm də məsləhət görür ki, əgər siz uşağınızın yorulduğunu görürsüzsə, israrla yuxusunu qaçırıb, dərslərini davam etməsində dirəniş göstərməyin. Ən yaxşısı budur ki, ona dərsi özünüz oxuyun. Uşaq özünü pis hiss edirsə, ona dərslərində kömək edin. Yuxu vaxtına az, dərslərinin bitməsinə isə çox qalıbsa, bəzi yükləri paylaşmağa çalışın. Məsələn, o, riyaziyyat tapşırıqlarını edirsə, siz də ona rəsmdən verilən kağızların kəsilməsi tapşırıqlarını edin.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev