Yeni geyimləri əyninizə yoxlayarkən xəstəliyə yoluxa bilərsiniz
30.10.2023 17:44

Qoturluq xəstəliyinə əvvəlki illərlə müqayisədə daha çox yoluxma hadisəsi görülməkdədir.


Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, dermatologiya mütəxəssisi həkim Vildan Yazıcının sözlərinə görə, qoturluğun qısaca əl sıxma ilə yoluxma ehtimalı azdır. Ancaq eyni şəxsi əşyalar, eyni çarpayı, dəsmal və paltarlardan istifadə edərək daha uzun qucaqlaşmalarla da keçə bilər.


“Qotur təmas yolu ilə bulaşan bir xəstəlikdir. Mağazalarda sınadığımız paltarlardan da yoluxma riski var. Əgər geyindiyimiz paltarlar bizdən əvvəl qotur xəstəsi tərəfindən sınaqdan keçirilibsə, xəstəlik bizə də keçə bilər, ona görə də diqqətli olmaq daha yaxşıdır”, – həkim qeyd edib.


Müalicəsi həftələrlə davam edir


Qoturun dərhal əlamətlər vermədiyini ifadə edən həkim vurğulayıb ki, simptomlar dərhal başlamır:


“Qoturun simptomları qaşınma gənəsi dəridə yerləşdikdən sonra 2-6 həftə ərzində görünür. Biz bu dövrü inkubasiya dövrü adlandırırıq. Buna görə də qoturun müalicəsində xəstə ilə yaxın təmasda olan insanlar da simptomların olub-olmamasından asılı olmayaraq müalicə edilməlidir. Bu, müalicənin müvəffəqiyyəti üçün çox vacibdir. Simptomlar adətən müalicəyə başladıqdan sonra azalmağa başlayır. Lakin, qaşınma gənəsinin tamamilə ölməsi və simptomların tamamilə yox olması üçün müalicə həftələr çəkə bilər."


Əşyalar 60 dərəcəd yuyulmalıdır

 

Həkim qotur gənəsinin yüksək temperaturda yaşaya bilməyəcəyini deyib:


“Qotur paraziti və yumurtalarını öldürmək üçün son bir həftədə geyinilən bütün paltarlar və son bir həftədə istifadə edilən digər əşyalar ən az 60 dərəcədə yuyulmalıdır. Çünki qotur gənəsi yüksək temperaturda yaşaya bilməz. Yuyulmayan çamaşırlar qara zibil torbasına qoyulmalı, möhkəm bağlanmalı və bir həftə saxlanmalıdır. Evi təmizləyərkən xalça, divan kimi əşyalar tozsoranla təmizlənməlidir. Masa və qapı tutacaqları kimi tez-tez istifadə edilən səthlər də sirkə suyu ilə silinərək təmizlənə bilər. Ancaq sirkə ilə yoluxmuş dəri sahəsini heç vaxt silməyin. Bu tip suallar bizə çox gəlir. Sirkənin qaşınmaya yaxşı olub-olmaması ilə bağlı suallar var. Bunun heç bir elmi izahı yoxdur. Əslində, yoluxmuş dəri ilə təmasdan qaçınmaq lazımdır, çünki dərini qıcıqlandıra bilər. Xəstəliyi həkimin tövsiyələrinə əməl etməklə müalicə etmək lazımdır”.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev