Anafilaksiya - Anafilaktik şok və səbəbləri nədir?
22.10.2023 21:34

Anafilaksiya – həyatı təhlükəli, sistemli hiperhəssaslıq reaksiyadır. Potensial olaraq hemodinamikanın həyatı təhlükəli dəyişikliklərinin sürətli inkişafı və ya tənəffüs sisteminin pozğunluqları ilə xarakterizə olunur. Anafilaksiyanın inkişafı hemodinamik və tənəffüs pozğunluqları olmadan dəri, selikli qişalar və mədə-bağırsaq traktının zədələnməsi ilə mümkündür.


Aztibb.az anafilaktik şok üzrə klinik protokola əsaslanaraq onun epidemiologiya və etiologiyasına dair bəzi məlumatları təqdim edir.


Anafilaktik şok (AŞ) - anafilaksiya nəticəsində sistolik arterial təzyiqin (AT) 90 mm c.st.-dan aşağı olması və ya iş səviyyəsindən 30% azalması ilə özünü göstərən və həyati vacib orqanların hipoksiyasına səbəb olan qan dövranının kəskin çatışmazlığı. Şiddətli hemodinamik pozuntular olmadan, şok diaqnozu qoyulmur: məsələn, övrə ilə həyati təhlükəli bronxospazm - anafilaksiyadır, AŞ deyil.


Epidemiologiya


Ümumi populyasiyada anafilaksiyanın rast gəlmə tezliyi dəyişkəndir - ildə 100 000 əhaliyə 1,5-7,9. Anafilaktik şok, əsas allergik xəstəliklərdən əziyyət çəkən şəxslərdə inkişaf edir. Atopik xəstəlikləri olan şəxslərdə anafilaktik şokun inkişaf etmə tezliyi daha yüksəkdir. Dərman mənşəli anafilaktik şokdan ölüm göstəricisi 25%-ə qədər çatır.İnsekt (arı sancması) anafilaksiyası səbəbindən ölüm göstəricisi 1 000 000 əhaliyə 0,4-2 hadisə təşkil edir. 6 Yaşlı insanlarda yanaşı xəstəliklərin olması səbəbindən anafilaktik şokdan ölüm riski daha yüksəkdir.


Etiologiya


Etioloji amillər: Tibbi preparatlar və materiallar, daha çox dərman vasitələr (DV) (31,2-46,5%) Parenteral yolla yeridilənən antibiotiklər (onların arasında betalaktam antibakterial preparatlar - penisilinlər, sefalosporinlər), qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİP), yod tərkibli rentgenokontrast maddələr, miorelaksantlar, lateks (cərrahi əlcəklər, endotraxeal borular) ən çox AŞ səbəb olur. Digər DV - vitaminlər, albumin, benzodiazepin preparatları, yerli anestetiklər; heteroloji (heyvan qanından alınmış) zərdablar, vaksinlər.


Qida məhsulları (23,3-31%)
Qida anafilaksiyanı daha çox törədən amillər - inək südü, balıq və dəniz məhsulları, qoz-fındıq, araxis (yerfındığı), yumurta.
Zərqanadlı cücülərin(həşəratların) zəhəri (14,9-20%)
Digər heyvanların zəhərlərinə qarşı (məsələn, ilanın) həyatı təhlükəli anafilaksiyanın inkişafı mümkündür.


Bitki tozcuqları allergenləri,
Soyuğa qarşı reaksiyaya meylli şəxslərdə soyuğun təsiri ilə bağlı amillər,
Qeyri-adekvat aparılmış ASİT,
Anafilaksiyanın səbəbini müəyyən edilə bilməyən hallar da rast gəlinir (24-26% hallarda),


Ən çox anafilaksiyanı törədən trigger növü xəstənin yaşından asılıdır. Belə ki, uşaqlarda daha çox qida məhsulları, böyüklərdə isə DV və zərqanadlıların zəhəri anafilaksiyanın səbəbi olur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev