Subaraxnoid qanama nədir?
03.09.2023 12:37

Subaraxnoid qanama (SAQ) həyati təhlükə yaradan, beyin ilə beyin qişaları arasındakı subaraxnoid məsafəyə qanın sızmasıdır.


Aztibb.az xəbər verir ki, Bakı Neyrocərrahiyyə Mərkəzindən verilən məlumata görə, ən sıx subaraxnoid qanama səbəbi travmadır. Travmatik olmayan (spontan) subaraxnoid qanamaların ən sıx səbəbi anevrizma partlamasıdır.


Ani şiddətli baş ağrısı, bulantı və ya qusma, boyunda ağrı, bulanıq görmə, şüur itkisi və qıcolma kimi əlamətlərlə özünü büruzə verir.


SAQ-ın müalicə üç mərhələdə aparılır:


Erkən reanimasiya, bədənin həyati funksiyalarını dəstəkləmək, arterial təzyiqi normallaşdırmaq, təkrar qanamanın qarşısını almağa yönəlir.


Təkrar qanamanın qarşısını almaq üçün anevrizma və ya damar balonu iki üsulla bağlanılır: açıqcərrahiyyə və endovaskulyar.


SAQ-ın qıcolma, hidrosefaliya və vazospazm kimi hallarının qarşısını almaq üçün uzunmüddətli reanimasiya tədbirlərinin aparılması tələb olunur.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub