Tibb dünyasını heyrətə gətirən hadisə: Qadının beynindən 8 santimetrlik qurd çıxarıldı
29.08.2023 12:14

Avstraliyanın paytaxtı Kanberrada qadının beynindən cərrahi yolla 8 santimetr uzunluğunda canlı qurd çıxarılıb.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, 64 yaşlı qadın 2021-ci ilin yanvar ayında qarın ağrısı, 3 həftə davam edən ishal, həmçinin quru öskürək, qızdırma və gecələr həddindən artıq tərləmə şikayətləri ilə xəstəxanaya müraciət edib.2022-ci ildə qadının şikayətlərinə unutqanlıq və depressiya əlavə edildikdə, o, Kanberradakı xəstəxanaya göndərilib. Anormal beyin fəaliyyəti aşkar edildiyi üçün MRT müayinəsi olan qadının əməliyyat edilməsinə qərar verilib.

 

Həkimlər əməliyyat zamanı qadının beynindən uzunluğu 8 santimetr, eni 1 millimetr olan canlı qurdu çıxarıblar.

 

Müayinə üçün laboratoriyaya göndərilən qurdun adətən pitonlarda görülən parazit olduğu müəyyən edilib.

 

Xəstənin yaşadığı evin yaxınlığında gölün olduğu və gölün ətrafında parazit yaşayan piton növünün tapıldığı bildirilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır