Konfrans: "Naxçıvan Duzdağ Fizioterapiya Mərkəzində aparılan müalicənin rolu və speleoterapiya"
08.07.2023 09:57

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş "Naxçıvan Muxtar Respublikası Duzdağ Fizioterapiya Mərkəzində aparılan müalicənin rolu və speleoterapiya" adlı konfrans keçirilib.

 

Aztibb.az-a bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, nazirliyin və “AzəriMed” QSC-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətə ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.

 

Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıqdan sonra Duzdağ otelinin konfrans zalında baş tutan tədbirdə  Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.


Konfransda açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Samiq Sadıxov qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan səhiyyə islahatları müstəqillik dövründə daha da inkişaf etdirilib, bu sahənin qanunvericilik bazası təkmilləşdirilib, əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti xeyli yüksəldilib.

 

S.Sadıxov bildirib ki, Ulu Öndərin Azərbaycana rəhbərliyi dövrü Naxçıvan səhiyyəsinin inkişaf mərhələsi kimi səciyyələnir. Göstərilən dövlət qayğısının nəticəsidir ki, hazırda muxtar respublikanın ən ucqar dağ kəndlərində belə, müasir tələblərə cavab verən həkim ambulatoriyaları, feldşer-mama məntəqələri fəaliyyət göstərir. Muxtar respublikada həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində insanların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur.

 

Diqqətə çatdırılıb ki, Azərbaycanın qədim diyarı olan Naxçıvanın rəmzlərindən biri də təbii ehtiyatları 90 milyon ton təşkil edən Duzdağdır. Bu dağ ölkəmizdə təkcə saf və təmiz duzu ilə deyil, həm də şəfaverici xüsusiyyətlərinə görə tanınmışdır. Dağın altına doğru 300 metr uzanan və divarları duz qayaları ilə örtülü Duzdağ Fizioterapiya Mərkəzinin dünyada bənzəri yoxdur.

 

Onun sözlərinə görə, Duzdağ şaxtalarında mövcud olan hava şəraiti, buranın quruluşu, dəniz səviyyəsindən yüksəkliyi, temperatur, rütubət, atmosfer təzyiqi və oksigenin faizlə miqdarı bronxial-astma və allergik rinit, pollinoz, xroniki bronxit və astmatik komponentli digər xəstələrin müalicəsinin səmərəliliyinə şərait yaradır.

 

Bildirilib ki, buradakı müasir infrastruktur, ixtisaslı həkimlərin və texniki heyətin pasiyentlərlə yaxından maraqlanması və digər servislər istər müalicə məqsədilə gələnlər, istərsə də onları müşayiət edənlər üçün yaradılan şəraitdən xəbər verir. Mərkəzdə 2 həkim, 19 orta, 25 kiçik tibb və xidmət işçisi iki növbədə qəbul olunan xəstələrə günboyu xidmət göstərir.

 

S.Sadıxov vurğulayıb ki, son vaxtlar dünyada ağ ciyər xəstəliklərindən ölüm hallarının sayı artmaqdadır və bu xəstəliklərlə mübarizə bütün səhiyyə təşkilatlarının diqqətindədir. Bugünkü konfransı keçirməkdə məqsəd ağ ciyərin xroniki obstruktiv xəstəliyi, bronxial astma, allergik rinitlər, vərəmin və digər aktual məsələlərini müzakirə etmək, həmçinin Duzdağın möcüzəvi müalicəvi potensialını tanıtmaqdır.

 

Konfransın keçirilməsinin həm də təcrübə mübadiləsi baxımından Naxçıvan pulmonoloq və allerqoloqların üçün mühüm hadisə olduğunu vurğulayan Samiq Sadıxov tədbirib işinə uğurlar arzulayıb.

 

Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov muxtar respublikanın turizm potensialı haqqında məlumat verib. Bildirib ki, Naxçıvan Muxtar Respublikasının yerləşdiyi geosiyasi mövqe, rəngarəng landşaftı, fauna və florası, mineral bulaqları, müalicə mərkəzləri, qədim tarixi, mədəniyyət abidələri, ekoloji cəhətdən təmiz qida məhsulları və müasir infrastruktura malik olan yaşayış məntəqələri burada turizmin bir çox növünün inkişafına zəmin yaradır.

 

Daha sonra “AzəriMed” QSC-nin Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəsi Tehran Əsgərli Naxçıvanda yerləşən Duzdağ Fizioterapiya Mərkəzi və buradakı təbii müalicənin effektiv nəticələri barədə iştirakçılara məlumat verib. Qeyd edib ki, burada tənəffüs orqanları xəstəliklərindən uğurla sağalmaq mümkündür. Hər il dünyanın bir çox yerlərindən tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən minlərlə insan buraya gələrək şəfa tapır.

 

Sonra konfrans elmi hissə ilə işini davam etdirib.

 

ADHTİ-nunLpediatriya kafedrasının dosenti Sənubər Vəliyeva "Allerqik xəstəliklərin protokol terapiyası", M.Ə.Mirqasımov adına Respublika Uşaq Klinik Xəstəxanasının uşaq allerqoloq və immunoloqu, uzman doktor Röyalə Babayeva "Uşaqlardakı allerqik xəstəliklərə speleoterpiyanın təsirləri" və Naxçıvan Muxtar Respublika Xəstəxanasının Pulmonologiya bölməsinin müdiri, həkim-pulmonoloq Dilarə Abdullayeva "Bronxial astmanın müalicəsində müasir yanaşmalar" mövzusunda məruzələrlə çıxış ediblər.

 

Konfransda bilik və təcrübə mübadiləsi aparılıb, suallar cavablandırılıb, konfrans iştirakçılarına hədiyyə və sertifikatlar təqdim olunub.



Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Həyat yoldaşına böyrəyini bağışladı
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
“Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində 70-ə yaxın uşaq peyvənd olunub
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman
Ürək qüsurlarının diaqnostikası və müalicə yolları