Vüqar Qurbanov Almaniyanın ölkəmizdəki səfiri ilə görüşüb
07.07.2023 20:39

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Ralf Horlemann arasında ikitərəfli görüş keçirilib.

 

Aztibb.az-a TƏBİB-dən verilən xəbərə görə, görüşün məqsədi tanışlıq və mümkün əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

 

Görüşdə Azərbaycan-Almaniya arasında dinamik inkişaf edən əməkdaşlıq əlaqələri, eyni zamanda, ölkələrimiz arasında səhiyyə, tibb, əczaçılıq sahələrində də əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

 

Vüqar Qurbanov TƏBİB-in fəaliyyət istiqamətləri, son illər səhiyyə sahəsində həyata keçirilən islahatlar, ölkəmizdə icbari tibbi sığorta modelinin tətbiqi və əldə olunan nəticələr barədə səfirə ətraflı məlumat verib.

 

Bildirilib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika və Almaniya Federativ Respublikasının Haydelberq Universitetinin Manhaym Tibb Mərkəzi arasında imzalanan Anlaşma Memorandumuna əsasən hazırda sözügedən Mərkəzlə Yeni Klinika arasında səmərəli əməkdaşlıq mövcuddur. TƏBİB tərəfindən təşkil olunan Dünya Azərbaycanlı Təbiblərin I Simpoziumuna qatılan həkimlər arasında Almaniyadan gələn həkimlərin üstünlük təşkil etdiyini diqqətə çatdıran V.Qurbanov gələcəkdə də qarşılıqlı əməkdaşlıq çərçivəsində yerli həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, təcrübə mübadiləsinin təmin edilməsi, birgə təlimlərin təşkil edilməsi sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.

 

TƏBİB-in İcraçı direktoru COVID-19 pandemiyası ilə mübarizədə Almaniya hökumətinin dəstəyi üçün səfirə təşəkkür edib. O, yeni innovativ texnologiyaların tətbiq edildiyi Almaniyanın mövcud səhiyyə sisteminin mənimsənilməsinin müasir səhiyyə idarəetmə modelinin tətbiqi baxımdan TƏBİB üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

Səfir Ralf Horlemann öz növbəsində bildirib ki, səhiyyə sistemi dünyada olduğu kimi, Almaniyada da cəmiyyətin əsas sütünlarından biri hesab olunur. O qeyd edib ki, Almaniyanın səhiyyə sistemi böyük özəl klinikalar, xəstəxanalar və elmi-tədqiqat mərkəzləri tərəfindən formalaşdırılır. Ümumilikdə, səhiyyə sahəsində innovativ yeni texnologiyaların tətbiqi əsas götürülür və bu gün tibbi avadanlıqların nəhəng istehsalçıları arasında alman şirkətlərinin məhsulları öz keyfiyyəti ilə seçilir.

 

Eyni zamanda, səfir əhalinin daha keyfiyyətli tibbi xidmətlə təmin edilməsi üçün Almaniya hökumətinin dəstəyini vurğulayaraq, ötən il Almaniya hökuməti tərəfindən tibb müəssisələrinə 22 milyard maliyyə dəstəyi göstərildiyini də qeyd edib.

 

Sonda əməkdaşlığın daha da genişləndirilməsi qərara alınıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev