"Dahi təbiblər" rubrikası təqdim edir: Cərrahiyyə sahəsi üzrə tanınmış alim Zülfüqar Məmmədov
03.07.2023 10:00
"Dahi təbiblər" rubrikasında cərrahiyyə sahəsi üzrə tanınmış alim, Əməkdar elm xadimi, akademik Zülfüqar Məmmədov haqqında məlumatları təqdim edirik.
Məmmədov Zülfüqar Mehdi oğlu 1903-cü il martın 21-də Gəncə şəhərində anadan olub. 1921-ci ildə Yelizavetpol (Gəncə) gimnaziyasını bitirib, 1921-1926-cı illərdə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsində təhsil alıb.
Z.Məmmədov 1936-ci ildə dissertasiya işini müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsini alıb. Daha sonra professor elmi adına layiq görülüb. 1961-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.
O, 1926-1936-cı illərdə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinin Ümumi cərrahlıq kafedrasında ordinator, assistent, dosent və operativ cərrahlıq kursunun müdiri olub. 1938-1971-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun Ümumi cərrahlıq kafedrasının müdiri işləyib.
Professor Z.Məmmədov respublikada Zob Xəstəliyi ilə Mübarizə Komitəsinin sədri, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru, 1943-1946-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru vəzifələrində çalışıb. 1947-1971-ci illərdə Azərbaycan Cərrahlar Cəmiyyətinin sədri və Ümumittifaq Endokrinoloqlar Komitəsinin üzvü olub. Alim 1961-ci ildə yeni təşkil olunan Elmi-Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunun Endokrin cərrahlığı şöbəsinə rəhbərlik edib, eləcə də Ümumittifaq Cərrahlar Cəmiyyəti Rəyasət Heyətinin üzvü (1962-1971) olub.
Z.Məmmədovun elmi fəaliyyətinin əsas istiqamətini endemik ur xəstəliyinin, qalxanabənzər və böyrəküstü vəzilərin, yumurtalıqların və başqa endokrinoloji xəstəliklərin, eləcə də osteomilitlərin diaqnostikası və cərrahi müalicəsi, qarın boşluğu orqanlarının kəskin və xroniki xəstəliklərinin diaqnostikası və müalicəsi, yanıqların, donmaların Naftalan neftindən hazırlanan preparatlarla müalicəsi üsullarının işlənib hazırlanması təşkil edib.
Alim ilk dəfə olaraq Azərbaycan Respublikası ərazisində, xüsusilə Şəki, Zaqatala və Balakən rayonlarında yod çatışmazlığı nəticəsində çox sayda əhali kütləsini əhatə edən endemik ur xəstəliyinin epidemiologiyası, diaqnostikası, profilaktika və müalicəsi üsullarını müəyyən edib, bu sahədə geniş diapazonlu işlərin həyata keçirilməsində əməli fəaliyyət göstərib. Yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələri səhiyyə praktikasına tətbiq edilib.
O, 130-a qədər elmi əsərin, 8 monoqrafiyanın, “Ümumi cərrahlıq” dərsliyinin müəllifi olub. Xarici ölkələrdə keçirilən bir sıra konfrans, qurultay və simpoziumlarda elmi məruzələrlə çıxışlar edib, aparılan elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunan materiallar xarici ölkələrin elmi toplularında çap edilib. Alimin rəhbərliyi ilə 7 elmlər doktorluğu və 18 fəlsəfə doktoru dissertasiyası müdafiə olunub.
Z.Məmmədov Azərbaycan SSR-in Əməkdar elm xadimi fəxri adına layiq görülüb, “Lenin”, “Qırmızı Ulduz”, “Qırmızı Əmək Bayrağı” ordenləri və medallarla təltif olunub.
Akademik Z. Məmmədov 5 iyul 1971-ci ildə Bakıda vəfat edib və özünün vəsiyyəti ilə anadan olduğu Gəncə şəhərində dəfn olunub.
Qeyd edək ki, hazırda TƏBİB-in tabeliyində fəaliyyət göstərən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan xəstəxana alimin adını daşıyır.
TƏBİB
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

