Əməkdar həkim Mehriban Qaralova - Peşəkar həkimlərimizi tanıyaq!
16.05.2024 10:04
"Həkimlərimizi tanıyaq!" rubrikamızda sizlərə yüksək mədəniyyəti və peşəkarlığı ilə pasiyentlərin rəğbətini qazanmış  Xocasən Sağlamlıq Mərkəzinin baş həkimi, Əməkdar həkim Qaralova Mehriban Zahid qızından bəhs edəcəyik.
 
O, 1961-ci ildə Gürcüstan Respublikasında anadan olub. 1978-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsinə daxil olub. 1985-ci ildə pediatriya ixtisası üzrə internatura kursu keçdikdən sonra Respublika Uşaq Klinik Xəstəxanasının Kardiorevmatologiya şöbəsində əmək fəaliyyətinə başlayıb. 1996-cı ildə həmin xəstəxanada baş həkimin müavini vəzifəsinə təyin edilib.
 
Mehriban Qaralova 1992-ci ildə çalışdığı müəssisədə YAP-ın ilk təşkilatını yaradıb və ilk partiya təşkilatının sədri, YAP-ın Yasamal Rayon Təşkilatının Siyasi Şurasının üzvü seçilib.
 
2009-cu ilin əvvəllərindən 2022-ci ilin sonuna qədər Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi (xəstəxana publik hüquqi şəxsə çevrildikdən sonra - direktor) vəzifəsində çalışıb. 2024-cü ilin fevral ayından Xocasən Sağlamlıq Mərkəzinin baş həkimi vəzifəsində çalışır.
 
O, COVID-19 ilə mübarizə sahəsində xidmətlərinə, səhiyyə sahəsindəki səmərəli fəaliyyətinə görə TƏBİB rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif edilib.
 
2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb.
 
Həkim 30-dan çox elmi məqalənin müəllifidir.
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir