Qubanın müəllim və şagirdlərinin koronavirusa yoluxduğu iki məktəbdə əyani təhsil dayandırıldı
13.10.2020 09:11

Quba rayonunda daha iki məktəb koronavirusa görə distant təhsilə keçib.

 

Aztibb.az xəbər verir ki, oktyabrın 12-dən rayonun Bayram Şıxəmirov adına Zərdabi kənd tam orta məktəbi və Quba şəhər Zaur Cəfər adına 3 nömrəli tam orta məktəbdə şagird və müəllimlər arasında koronavirusa yoluxma faktı qeydə alındığı üçün tədrisin distant formada davam etdirilməsi barədə qərar qəbul olunub.

 

Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev bildirib ki, məktəbdə əyani dərslər müvəqqəti dayandırılsa da, şagirdlər dərslərini distant formada davam etdirəcəklər. Məktəblərdə müəllimlər və şagirdlər arasında kütləvi yoluxmanın səbəbi sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur. Hazırda məktəbdə koronavirus infeksiyasına qarşı təxirəsalınmaz dezinfeksiya işləri həyata keçirilir.

 

Sentyabr ayında Quba rayonun Qamqam kənd orta məktəbində də 7 müəllim və bir texniki işçinin koronovirusa yoluxması səbəbindən əyani tədris dayandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır