Elmi konfransda pediatriyanın aktual məsələlərinə müasir praktik yanaşmalardan bəhs olunub
19.05.2023 09:31

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) təşkilatçılığı və Assosiasiyanın üzvü olan elmi dərəcəli yüksəkixtisaslı həkimlərin iştirakı ilə bir sıra bölgələrin tibb müəssisələrinin pediatrları üçün "Pediatriyada aktual mövzular" adlı elmi-praktiki konfrans keçirilib.

Aztibb.az xəbər verir ki, Mingəçevir şəhərində təşkil olunan konfransda Ağdaş, Bərdə, Göyçay və Yevlax rayonlarının pediatrları iştirak ediblər.

Öncə tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinin, tibb elmi və tibb təhsili sistemlərinin himayədarı, dinamik inkişafının təminatçısı kimi bu sahələrdə fəaliyyətindən söz açılıb. Dahi Liderin xalqın, xüsusilə də uşaqların sağlamlıq məsələlərini daim taleyüklü məsələ kimi diqqətdə saxladığı qeyd edilib.

Elmi konfransda ATU-nun Allerqologiya və immunologiya kafedrasının müdiri, Əmakdar elm xadimi, Əmakdar həkim, Azərbaycan Pediatrlar Assosiasiyasının fəxri vitse-prezidenti, professor Lalə Allahverdiyeva "Uşaqlarda allergik rinitin diaqnostika və müalicasinə müasir yanaşma" mövzusunda məruzəsində qeyd olunan xətəliyin müalicəsinə kompleks yanaşmadan bəhs edib, müasir yanaşmalara əsaslanaraq, xəstəliyin qarşısının alınması üsulları və müalicəsinə dair müvafiq ixtisaslar üzrə həkimlərə allerqoloq-immunoloq məsləhətləri verib.

 

 

Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, ATU-nun II Uşaq Xəstəlikləri kafedrasının dosenti Təranə Tağı-zadə "Uşaqlarda kəskin respirator xəstəliklərə yeni yanaşma aspektləri" adlı məruzəsində uşaqlarda sıx rast gəlinən tənəfüs sistemi xəstəliklərinin risk amilləri, ilkin diaqnostikası və müalicəsindən söz açıb, eləcə də ümumi xəstələr arasından beynəlxalq təlimatlara uyğun olaraq ağır və yüngül xəstələrin seçilməsi qaydalarından, onlara ilkin tibbi yardımın keyfiyyətinin, səmərəliliyinin yaxşılaşdırılması metodlarından danışıb.

ATU-nun II Uşaq Xəstəlikləri kafedrasının dosenti, APA-nın üzvü Ülviyyə Hacıyeva "Uşaqlarda postkovid dövründə ürəkdə inkişaf edən dəyişikliklərin diaqnostikası və müalicəsinin xüsusiyyətləri" mövzusunda məruzədə postkovid dövründə müxtəlif ağırlıqlı, hətta yüngül COVID keçirən uşaqlarda belə ürəkdə miokardit, mioperikardit, tranzitor işemiya, dilatasion kardiomiopatiya və digər xəstəliklərin inkişaf etdiyini bildirib. Pediatrlar və kardioliqlar tərəfindən bu dəyişikliklərin vaxtında aşkar edilərək, monitorinqinin aparılmasının zəruriliyini qeyd edib.

 



Konfransda həmin kafedranın dosenti, APA-nın üzvü Lalə Hidayətova "Mikrobiota qastrointestinal xəstəliklərin açar amilli kimi. Probiotiklərin rolu" adlı məruzəsində mədə-bağırsaq sistemi xəstəliklərinin diaqnostikası metodlardan, xəstəliyin kəskin dövründə təcili qaydada həyata keçirilən müayinə və müalicə tədbirlərindən danışıb.

Sonra konfrans çıxışlar ətrafında müzakirələrlə davam edib, auditoriyanı maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev