Hansı heyvanlar koronavirusa yoluxa bilər? - Araşdırma
12.10.2020 12:09

İstənilən virusun hüceyrəyə keçməsi üçün onun səthindəki müəyyən zülalla birləşməsi zəruridir. SARS-CoV-2 virusunun zülalı əvvəlcə ACE2 (angiotenzin çevirici ferment), sonra TMPRSS2 fermenti ilə qarşılıqlı təsirdə olur. Bundan sonra virus hissəciyi hüceyrəyə nüfuz edir. Lakin virus zülallarının hüceyrə membranları ilə təsiri möhkəm deyilsə, hüceyrə yoluxmayacaq. Bir sıra tədqiqatçıların fikrincə, virus zülalının hüceyrədəki ACE2 zülalı ilə qarşılıqlı əlaqəsinə mane olan molekul yeni növ koronavirusa qarşı dərman ola bilər. ACE2 zülalı təkcə insanlarda deyil, heyvan hüceyrələrində də var. Müxtəlif heyvanlarda olan ACE2 oxşar funksiyaları yerinə yetirir və ümumi cizgilərə malikdir, lakin bir-birinin eynisi deyil. Onlarda molekul quruluşunda bəzi detallar özünəməxsus ola bilər. Hazırda bir çox heyvan növünə aid ACE2 quruluşu məlumdur. Tədqiqatın nəticələri “Scientific Reports” nəşrində dərc edilib.

 

Aztibb.az “Nauka i jizn” jurnalına istinadla xəbər verir ki, London Kollec Universitetinin əməkdaşları 215 heyvan növündə ACE2 zülalının virusla nə dərəcədə möhkəm təsirdə olduğunu müqayisə etmək qərarına gəliblər. Məlum olub ki, quşların, balıqların və sürünənlərin əksəriyyətinin yeni növ koronavirusdan qorxmasına dəyməz, lakin məməlilər qorxmalıdır. Bununla belə, vəhşi heyvanların arasında da koronavirus təhlükəsi eyni dərəcədə deyil. Belə ki, koronavirus donuz və tülküyə daha az, keçi və uzunqulağa bir qədər çox, bəbir, ev pişiyi və dəniz donuzuna daha çox təsir edə bilər. Bu sırada daha sonra dəvə, ev dovşanı, dağsiçanı, it, inək gəlir – onların orqanizminə virus çox asanlıqla daxil olur.

 

Tədqiqatın müəllifləri virusa mümkün yoluxmanı nəzəri metodlarla - virus zülalının və ACE2 fermentinin quruluşlarını təhlil edərək dəyərləndiriblər. Bəzi hallarda eksperimentlər də aparılıb. Lakin qoyunlarla bağlı təcrübə aparılmayıb. Əgər SARS-CoV-2 virusu qoyunlarda hüceyrəni tez yoluxdurursa, hətta qoyun bundan əziyyət çəkməsə belə bu istiqamətdə tədbirlər görülməlidir. Çünki yoluxmuş qoyun bu virusun daşıyıcısı olacaq. Nəzərə almaq lazımdır ki, qoyun yarasa deyil və bu kənd təsərrüfatı heyvanı virus üçün yaşayış mənbəyinə çevrilə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib