Xəstə analiz vermədən öncə bu şərtlərə riayət etməlidir!
16.04.2023 18:50
Analiz vermədən öncə hər kəsin riayət etməli olduğu şərtlər hansılardır?
Aztibb.az xəbər verir ki, nevroloq Günel Verdiyeva qan analizi vermədən öncə tətbiq olunan ümumi qaydalar haqqında instaqram səhifəsində məlumat paylaşıb:
- Qanın Ümumi analizini vermək üçün yemək yedikdən sonra 4 saat keçməlidir.
-Qan analizini USM, Rentgen, KT, Fizioterapiya müayinələrindən sonra vermək olmaz.
- Hər hansı bir infeksion xəstəliyə şübhə olarsa, antitelin müayinələri aparılır. Yoluxmanın vaxtından və bədənin immunetitetindən asılı olaraq müayinələrin nəticələri neqativ ola bilər. Amma nəticələrin neqativ olması infeksiyanın olmamasını istisna etmir. Müayinəni 2-3 həftə sonra təkrar vermək məsləhət görülür.
- Müayinədən minimum 1 saat öncə siqaret çəkmək qadağandır.
- Bəzi müayinələrin nəticələrinə zaman təsir etdiyinə görə hormonları ciddi vaxt çərçivəsində vermək məsləhətdir. Saat 8:00-dan 10:00-a qədər.
- Sidiyin müayinəsinə 1 gün qalmış xəstə qida rasionundan rəngli meyvə və tərəvəzləri çıxarmalıdır və duzlu qidalar qəbul etməməlidir.
- Nəcis analizi verərkən nəcis steril qaba yığılmalıdır. İmalədən sonra alınmış nəcis müayinə üçün yararsızdır. Qurd yumurtası təyin edərkən nəcis 15 dəqiqə ərzində laboratoriyaya çatdırılmalıdır. 1-ci dəfə qurd yumurtası tapılmayıbsa tam əminlik üçün 3 gün ardıcıl analiz vermək məsləhətdir.
- Spermoqramma analizindən öncə cinsi əlaqədə olmaq olmaz. Son cinsi əlaqədən 3 gün sonra vermək məsləhətdir.
- Menstrual tsiklin fazasından asılı olaraq müayinənin nəticələri dəyişə bilər. Odur ki, hormonları vermək üçün tsiklin günü, hamilə qadınlarda isə hamiləliyin müddəti həkim-ginekoloqun nəzarətində olmalıdır.
- Qan analizindən 1 gün əvvəl alkoqol qəbulundan, yüksək fiziki gərginlikdən, güclü psixiemosional stresslerdən, qida qəbulunda və gündəlik rejimdə ciddi dəyişikliklərdən çəkinmək lazımdır.
- Biokimyəvi müayinələr; lipidoqramma, xolesterin, triqliseridlər, yüksək və aşağı sıxlıqlı lipoproteinlər, qlükoza, qanın elektrolitləri - tam ac qarına verilir (qida qəbulundan 12-14 saat keçdikdən sonra).
Həkim onu da tövsiyə edib ki, təkrar analizlər eyni laboratoriyada verilməlidir. Çünki, müxtəlif laboratoriyalar müxtəlif reaktivlərlə və müxtəlif aparatlarla çalışır. Cavabların fərqli olması mümkündür.
Bu bölməyə aid digər xəbərlər
ABŞ-da narkolepsiya üçün ilk kompleks təsirli dərman təsdiqlənib
07.08.2026 | 20:27
Gələn ildən tibb tələbələri qapalı atom şəhərlərində təcrübə və iş imkanı əldə edəcək
07.08.2026 | 19:32
Ağır COVID-19 xəstələrində herpes virusunun aktivləşməsi ölüm riskini artıra bilər
07.08.2026 | 18:38
Yeni tədqiqat: Atanın yedikləri körpənin inkişafına təsir göstərə bilər
02.08.2026 | 20:00
Divertikulyoz və divertikulit: Fərq nədir?
02.08.2026 | 10:30
Çində 16 min il əvvəl yaşamış insanın üzü rekonstruksiya edilib
03.04.2025 | 11:26
İlon Mask 2025-ci ilin sonlarında görmə qabiliyyətini artıran implantı elan edəcək
03.04.2025 | 10:32
Antibiotiklərə davamlı Staphylococcus aureus ilə mübarizə apara bilən molekul sintez edilib
03.04.2025 | 08:27
Çəki idarə etmək üçün kalori hesablama metodu köhnəlib
03.04.2025 | 07:16
Endokrinoloq oynaqlar üçün ən zərərli dənli bitkilərin adlarını açıqlayıb
02.04.2025 | 11:25
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

