Parkinson xəstələrinin sayı 2040-cı ilə qədər 12 milyonu keçə bilər
11.04.2023 15:52

Xəstəlikdən əziyyət çəkənlərin əksəriyyəti 60 yaşdan yuxarı olsa da, dünyada 10 milyondan çox insan Parkinson xəstəliyi ilə mübarizə aparır. Kişilərdə xəstəliyə yoluxma hallarının qadınlara nisbətən 1,5 dəfə çox olduğu bildirilir.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, xalq arasında "qocalıq xəstəliyi" kimi tanınan və dövrün ən çox görülən degenerativ beyin xəstəliklərindən biri olan Parkinson 2040-cı ildə 12 milyondan çox insanın həyatını təsir edə bilər.

 

Son illərdə bütün dünyada sürətlə yayıldığı üçün mütəxəssislər tərəfindən bir növ “epidemiya” kimi qələmə verilən Parkinson xəstəliyi ilk dəfə 1817-ci ildə London həkimi Ceyms Parkinson tərəfindən təsvir edilib.

 

Xəstəliyin beyin hüceyrələrinin bir-biri ilə əlaqə saxlamasını təmin edən dopamin adlı maddəni istehsal edən beyin hüceyrələrinin korlanması nəticəsində meydana gəldiyi bildirilir. Ən çox görülən simptomları "əzələ sərtliyi, hərəkətdə çətinlik və titrəmə" olan xəstəliyi tam sağaldan heç bir müalicə üsulu yoxdur.

 

Parkinson Fondunun məlumatlarına görə, dünyada Parkinson xəstəliyi ilə mübarizə aparan insanların sayı artıq 10 milyonu keçib. Xəstəliyə yoluxanların əksəriyyəti 60 yaşdan yuxarı insanlardır. Xəstəlikdən ölənlər 2019-cu ildə 2000-ci illə müqayisədə 100 faiz artaraq 329 min nəfərə çatıb.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Parkinson xəstəliyindən əlillik və ölüm riski digər nevroloji xəstəliklərlə müqayisədə daha sürətli artır.

 

2019-cu ildə Parkinson xəstəliyindən ölüm hallarının ən çox olduğu yerlər arasında Avropa qitəsi var. Yunanıstan "Parkinson xəstəliyindən ən çox ölən Avropa ölkəsi" olaraq qeydə alınıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev