AQTİ peşə təhsili müəssisələrinin tələbələri üçün növbəti təlimlərə start verib
07.05.2024 15:37

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində peşə təhsili müəssisələrində təhsil alan tələbələr üçün növbəti təlimlərə başlanıb.

 

AQTİ-dən Aztibb.az-a bildirilib ki, təlimlərdə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri iştirak edir.

 

“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı" çərçivəsində AQTİ mütəxəssisləri tərəfindən “Qida sahəsində gigiyena tələbləri” mövzusunda keçirilən təlimlər aşpaz, qənnadıçı-şirniyyatçı və laborant-mikrobioloq ixtisasları üzrə təhsil alan tələbələr üçün təşkil olunur.

 

Təlimlərdə iştirakçılara “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanundan irəli gələn tələblər, o cümlədən HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) haqqında ətraflı məlumat verilir. Tələbələr müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, qablaşdırma, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumatlandırılır. Təlimlər zamanı laborant-mikrobioloq ixtisası üzrə təhsil alan tələbələrə həm də əməyin təhlükəsizliyi, biotəhlükəsizlik və laboratoriyalarda iş qaydaları barədə məlumat verilir. Həmçinin onlar laboratoriyalarda çalışan personalın cihaz və reaktivlərlə işləmə qaydaları ilə tanış olurlar.

 

İnteraktiv formada təşkil edilən təlimlərin sonunda müzakirələr aparılır və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilir.

 

Qeyd edək ki, ötən ilin dekabr ayında da AQTİ mütəxəssisləri tərəfindən Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlimlər keçirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır