Yeni Klinikada Türkiyə və Avstriyadan gələn nümayəndə heyəti ilə görüş keçirilib
07.05.2024 10:14
Yeni Klinikada Türkiyə və Avstriyadan gələn nümayəndə heyəti ilə görüş keçirilib.
 
Bu barədə Aztibb.az-a Klinikadan xəbər verilib.
 
Qazi Universitetinin Sağlamlıq elmləri fakültəsi Fizioterapiya və reabilitasiya bölməsinin rəhbəri, prof. Deran Oskay, prof. Meral Boşnak Güçlü, uzman fizioterapevt Ece Baytok, professor Kristian Matula və Axel Kohlmertzın ilə olan görüşdə Yeni Klinikanın direktoru Barat Yusubov, direktor müavini, Somatika və STROK mərkəzinin rəhbəri Pərvin Əkbərov, direktor müavini, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri Gülnar Nuriyeva və TƏBİB Akademiyasının rəhbəri Tural Xaspolad iştirak edib.
 
Direktor Barat Yusubov və direktor müavini Pərvin Əkbərov nümayəndə heyəti ilə görüşdə klinikanın fəaliyyəti ilə bağlı ətraflı məlumat verərək qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi və təlimlərin önəmini qeyd ediblər.
Axel Kohlmertzın neyrotravmaların idarə olunması, neyrotravmaların klinikalarda iş prinsipləri, əməliyyatların icra edilməsi, əməliyyat sonrası proses haqqında təqdimatla çıxış edib.
 
“Tənəffüs Yollarının Təmizləmə Texnikası” kursunun tədrisi məqsədi ilə klinikanı ziyarət edən Prof.Dr. fizioterapevt Meral Boşnak Güçlü və uzman fizioterapevt Ece Baytok isə insprirator və ekspirator həcmi artıran tənəffüs yollarının təmizlənməsi üsullarının tətbiqi istiqamətində çıxış ediblər.
 
Klinikanın fəaliyyəti barədə ətraflı məlumat alan nümayəndə heyəti daha sonra tibb müəssisəsinin Təcili və təxirə salınmaz tibbi yardım (böyük və uşaq), Reanimasiya (böyük və uşaq), Neyrocərrahiyyə şöbələrini ziyarət ediblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır