İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu arasında memorandum imzalanıb
07.05.2024 09:46
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Dövlət Tibbi Sığorta Fondu arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında memorandum imzalanıb.
 
Bu məlumat Aztibb.az-a Agentlikdən verilib.
 
Sənədi Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və Fondun icraçı direktoru Zoxid Ermatov imzalayıblar.
 

Memorandum iki qurum arasında tərəfdaşlıq münasibətlərinin, səmərəli və qarşılıqlı əməkdaşlığın qurulmasını ehtiva edir. Memorandum çərçivəsində icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi üzrə birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

 

Sənəd əsasında tərəflər tibbi yardımın keyfiyyətinə nəzarət metodlarının, güzəştli dərman təminatının, maliyyə mexanizmlərinin, informasiya texnologiyalarının və icbari tibbi sığorta çərçivəsində digər fəaliyyət növlərinin tətbiqi üzrə təcrübə mübadiləsi aparmaq və qarşılıqlı maraq doğuran məsələlər üzərində çalışmaq, birlikdə müxtəlif fəaliyyətlər yerinə yetirmək barədə razılaşma əldə edilib.

 

Məlumat üçün bildirək ki, Özbəkistanda icbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə bir neçə regionda həyata keçirilir. 2025-ci ildən isə icbari tibbi sığortanın Özbəkistanın bütün ərazisində tətbiqi nəzərdə tutulub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır