COVID-19-a yoluxma təhlükəsinə məruz qalmadan ünsiyyətə necə qayıtmalı?
07.10.2020 15:56

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionuna daxil olan 30 ölkənin səhiyyə sistemlərinin yüksəkvəzifəli nümayəndələri növbəti forumda COVID-19 pandemiyası ilə bağlı problemləri müzakirə ediblər.

 

Aztibb.az BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, forum iştirakçıları insanların davranışında yaranmış son meylləri araşdırıb, bu sahədə innovasiya ideyalarını və müsbət təcrübəni mübadilə ediblər.

 

Ekspertlər insanların COVID-19-u nə dərəcədə təhlükəli hesab etdiklərini, özlərini bu virusdan necə qoruduqlarını və sosial ehtiyatlılıq tədbirlərinə nə dərəcədə riayət etdiklərinin araşdırıblar.

 

ÜST-ün Avropa Regional Bürosunun (ARB) direktoru doktor Hans Klyuge COVID-19-a qarşı mübarizəni zəiflətmədən əhalini motivasiya etməyə imkan verən üç strategiya təklif edir.

 

Birincisi, vətəndaşların “nəbzini tutmalı”. H.Klyugenin fikrincə, COVID-19-a qarşı mübarizə sahəsində hər bir siyasət təhsilə qayıdan məktəblilərdən və tələbələrdən başlamış izolyasiyada olan ahıllar evinin sakinlərinə qədər bütün insanların davranışı və emosional vəziyyəti barədə məlumatlara əsaslanmalıdır. Onun fikrincə, bu, daha təsirli tədbirlər işləyib hazırlamağa imkan verəcək.

 

ÜST-ün Avropa Regional Bürosunun rəhbəri hesab edir ki, epidemiyaya qarşı strategiyanın hazırlanması zamanı bu və ya digər məhdudiyyətlərə münasibətin arxasında dayanan mədəni amilləri nəzərə almaq lazımdır.

 

İkincisi, vətəndaşlar zəruri tədbirlər haqqında qərarlar qəbul olunmasına cəlb edilməlidir. H.Klyuge əmindir ki, əhaliyə təkcə siyasətin obyekti kimi deyil, həm də onun resursu kimi baxmaq lazımdır.

 

Üçüncüsü, normal həyat ritmini saxlamaq üçün yeni təhlükəsiz üsullar axtarıb tapmaq lazımdır. ÜST Avropa Regional Bürosunun direktoru xatırladıb ki, bayramlar yaxınlaşır və hər kəs istər özünü, istərsə də ətrafdakı insanları yoluxma riskinə məruz qoymadan bu bayramları qeyd etməyin yeni üsullarını tapmalıdır. Doktor Klyuge Ramazan bayramını nümunə göstərərək qeyd edib ki, builki Ramazan bayramında insanlar “məsafədən bayramlaşmaq” üsullarını tapıb, internet vasitəsilə əlaqə saxlayıblar.

 

Hans Klyuge deyib: “Əgər bir hamımız kreativlik göstərsək, heç kəsi yoluxma infeksiyasına məruz qoymadan bayramları qeyd edə bilərik”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib