Türk alimlərdən xərçəngin fərdi müalicəsi üçün YENİ ÜSUL
04.01.2023 19:34

Türkiyənin 5 universitetinin həkim və mühəndisləri xərçəng xəstələrinin müalicəsinin fərdiləşdirilməsini və kimyəvi maddələrdən istifadə etmədən hüceyrələrin sağlamlığı haqqında məlumat əldə etməyə imkan verəcək görüntüləmə texnikası hazırlayıblar. Yeni üsul tibbi ədəbiyyata daxil edilib.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla bildirir ki, alimlərin araşdırmaları xərçəngin inkişafı və differensiasiyası da daxil olmaqla bir çox müxtəlif xəstəliklərin başlanğıcı və inkişafı ilə bağlı məlumat verən hüceyrə sərtliyinə əsaslanır. Təxminən 4 il davam edən tədqiqatlar nəticəsində kimyəvi maddələrdən istifadə etmədən hüceyrələrin elastikliyini və sərtliyini göstərəcək, xərçəng olub-olmaması barədə məlumat verəcək görüntüləmə texnikası tətbiq edilib.

 

Gələcəkdə parazitologiya, mikrobiologiya, mikologiya, qan xəstəlikləri, qida patogenləri və əczaçılıq sənayesi kimi bir çox sahələrdə istifadə olunacağı proqnozlaşdırılan yeni üsul mühüm elmi araşdırmaların yer aldığı "Nature Communications" jurnalında dərc olunub. 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır