Prolaktin testi hansı hallarda aparılır?/ TESTƏ HAZIRLIQ QAYDALARI
18.11.2022 13:12
Prolaktin, ön hipofiz vəzi tərəfindən ifraz olunan və hipotalamus tərəfindən idarə olunan hormondur.
 
Aztibb.az Referans Medical Group-a istinadla xəbər verir ki, hamiləlik dövründə prolaktin süd vəzilərinin böyüməsini və inkişafını stimullaşdırır, onları laktasiyaya hazırlayır, sarı cismin formalaşmasında və fəaliyyətində rol oynayır; doğuşdan sonra süd ifrazını stimullaşdırır.
 
Prolaktin testi hansı hallarda aparılır:
 
• Hipofiz şişləri
• Doğuşdan sonrakı dövrdə laktasiyanın pozulması
• Qalaktoreya ( süd vəzilərindən süd gəlməsi)
• Süd vəzilərində tsiklik ağrı
• Mastopatiya
• Ginekomastiya
• Anovulyasiya (ovulyasiyanın olmaması)
• Oliqomenoreya (menstruasiyanın azalması)
• Amenoreya (menstruasiyanın olmaması)
• Disfunksiyalı uşaqlıq qanaxmaları
• Ağır keçən menopauza
• Sonsuzluq
• Cinsi infantilizm diaqnozu
• Libido azalması (cinsi istəksizlik)
• Piylənmə
• Hirsutizm
• Osteoporoz
 
Normal insanlarda prolaktin konsentrasiyası yuxu, stress, məşq, cinsi əlaqə və hipoqlikemiya kimi fizioloji stimullara cavab olaraq artır və konsentrasiyalar hamiləlik, laktasiya, doğuşdan sonra və yeni doğulmuş körpələrdə də yüksəlir.
 
Testə hazırlıq qaydaları:
 
- Tədqiqatdan əvvəl stresli vəziyyətləri və fiziki fəaliyyəti, o cümlədən cinsi əlaqəni, həmçinin termal prosedurları (hamam, sauna və s.) və spirtli içki qəbulunu istisna etmək lazımdır.
- Prolaktin üçün analiz səhər, oyandıqdan 2-3 saat sonra, 8-14 saat aclıqdan sonra aparılır.
- Müayinədən ən azı bir saat əvvəl siqaret çəkmək tövsiyə edilmir. Test etməzdən əvvəl 20-30 dəqiqə istirahət etməlisiniz.
- Qadınlar test üçün uyğun günləri həkimləri ilə müzakirə etməlidirlər. Adətən menstruasiya dövrünün birinci mərhələsində (menstruasiya başlandıqdan 3-5 gün sonra) verilməsi tövsiyə olunur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub