NDU-da “Ümumi cərrahlıq” adlı dərsliyin təqdimatı olub
17.10.2022 15:38

Naxçıvan Dövlət Universitetinin (NDU) professoru, tibb elmləri doktoru İsa Abdullayevin “Ümumi cərrahlıq” adlı dərsliyinin təqdimatı olub.

 

Tədbirdə NDU-nun rektoru, dosent Elbrus İsayev çıxış edərək yeni dərsliyin əhəmiyyətini vurğulayıb. Bildirib ki, Azərbaycan tibb elmində səkkizinci, muxtar respublikada ilk olan dərslik, həkimlik yolunda addım atan tələbələr, rezidentlər, tədqiqatçılar üçün qiymətli metodik vəsait sayılır.

 

Dərsliyin rəyçisi, universitetin Tibb fakültəsinin Ümumi təbabət və kliniki fənlər kafedrasının baş müəllimi, tibb elmləri namizədi Sabir Novruzov elmi əsərdə “Cərrahlığın inkişaf tarixi”, “Antiseptika”, “Aseptika”, “Ağrısızlaşdırma və onun növləri” kimi fəsillərdə qeyd olunan müxtəlif yanaşmalar, ümumi qənaətlər və fərqləndirici xüsusiyyətlər barədə söhbət açıb. Tibb üzrə fəlsəfə doktoru, dosent Cəbi İsmayılov müəllifin araşdırdığı və dərslikdə geniş yer verdiyi cərrahi əməliyyatlar və onun növləri barədə maraqlı nüansları iştirakçıların diqqətinə çatdırıb.

 

Təməl tibb fənləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva elmi əsər barədə çıxış edərkən nəfis tərtibatı və geniş həcmi ilə fərqlənən dərsliyi ali təhsil ocağının tələbələri və həkimlər üçün mükəmməl praktik əsər kimi qiymətləndirib. Bildirib ki, on səkkiz fəsildən ibarət olan dərsliyin bütün bölmələri, xüsusən müasir təbabətin hələ də sonadək araşdırılmamış sahəsi olan transplantologiya haqqında aparılan araşdırma zəngin məlumatlar təqdim edir.

 

Dərsliyin illüstrasiyalı tərtibatı barədə danışan Təməl tibb fənləri kafedrasının baş müəllimi Bəxtiyar Hüseynov müxtəlif foto və qrafiklərə geniş yer verilməsini müsbət qiymətləndirib. Ümumi cərrahiyyə ixtisası üzrə həkim-rezident Samirə Həsənzadə elmi rəhbəri və dərsliyin müəllifi İsa Abdullayevə tibb sahəsinə aktual və gərəkli olan bir əsərin ərsəyə gəlməsində göstərdiyi əzmkarlığa görə oxucu qismində dərin minnətdarlığını bildirib.
Təqdimatda Azərbaycan Tibb Universitetinin Ümumi cərrahlıq və anesteziologiya kafedrasının professoru, Azərbaycan Respublikasının Əməkdar həkimi Çərkəz Cəfərov, həmin universitetin Elmi-Tədqiqat Mərkəzinin direktoru, Əməkdar elm xadimi, Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının akademiki Qalib Qarayev, Türkiyə Cümhuriyyəti Kayseri-Erciyes Universitetinin Ümumi cərrahlıq kafedrasının professoru Ərdoğan Sözüər və digər görkəmli həkim və alimlərin videoçarx formatında təbrikləri nümayiş olunub.

 

Müəllif, Naxçıvan Dövlət Universitetinin professoru, tibb elmləri doktoru İsa Abdullayev muxtar respublikada səhiyyənin, tibbi təhsilin inkişafına göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edib.
Tədbirin sonunda tələbələrə müəllifin yeni kitabı hədiyyə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır