Təcili həkimə müraciət etməli olduğunuz təhlükəli qarın ağrıları
17.10.2022 13:06

Əgər çox yağlı, quru yeməklərdən dərhal sonra mədədə, sağ qabırğaaltı nahiyədə şiddətli ağrı başlayırsa düşünməyin ki, bu ağrı “keçər“. Çünki buna öd kisəsindəki (Öd axarı və öd kisəsinin daşı, öd kisəsi divarındakı qalınlaşma, möhtəviyyatındakı qatılaşma), mədə və onikibarmaq bağırsaqdakı ciddi problemlər (mədə və onikibarmaq xorası, qastrit və s.) səbəb ola bilər.

 

Aztibb.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin Radiologiya şöbəsinin həkim-radioloqu Şəbnəm Topbaştekin deyib.


Həkim bildirib ki, əgər qabırğaların altından, döş sümüyü arxasından yandırıcı, göynədici ağrı döş qəfəsinə doğru yayılırsa və “iynə" kimi getdikcə şiddətlənən ağrı hiss edirsinizsə, belə ağrılar ürək mənşəli xəstəliklər zamanı da ola bilər.

 

Qadınlarda qarının aşağı hissəsindəki sağ və sol tərəfli ağrılardan da bəhs edən Şəbnəm Topbaştekin qeyd edib ki, bu ağrılar aybaşı xaricindəki dövrdə baş verirsə, bu, yumurtalığın bəzi xəstəlikləri (yumurtalıq burulması, yumurtalıq kistasının burulması və böyük kistaların partlaması) və uşaqlıqdankənar hamiləlik ola bilər:


"Əgər bu ağrılar qarının aşağı hissəsində, bel istiqamətində başlayıb getdikcə artırsa və bununla yanaşı ürəkbulanma, qusma, üşütmə, sidiyə çıxmada çətinlik varsa bunun ilk yaranma səbəbi böyrək daşları ola bilər".

 

Radioloq bildirib ki, qarının aşağı sağ tərəfində kəskin şəkildə ağrı başlayırsa, eyni zamanda, ürəkbulanma, qusma, qızdırma da varsa vaxt itirmədən xəstəxanaya müraciət edin. Çünkü bu, appendisit ola bilər.

 
Onun sözlərinə görə, əgər ishal və qəbizlik zamanı spastik ağrılardan ayaqüstə dayana bilmirsinizsə, ağrıdan məcburi “bükülürsünüzsə“ və bu vəziyyət eyni gündə bir neçə dəfə təkrarlanırsa bu, mədə bağırsağın müxtəlif mənşəli kəskin infeksion xəstəliyinin əlamətidir.

 

"Gün ərzində kəskin qarın ağrıları, qusma və ishalla yanaşı, nəcisdə və qusuntu kütləsində qan da izləyirsinizsə, rənginiz avazıyıbsa, qarnınız "taxta“ kimi möhkəmdirsə təcili yardıma müraciət etmək vacibdir. Bu, mədə və ya bağırsağın perforasiyası (deşilməsi) ola bilər", - deyə Şəbnəm Topbaştekin əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib