Ürək damarları niyə tutulur? - Uzman həkim aydınlıq gətirdi
08.09.2022 09:47
Təzyiq problemi, şəkər xəstəliyi, yüksək xolesterin, siqaret, piylənmə, oturaq həyat tərzi, ailədə ürək xəstəliyi tarixçəsi ürək damarlarının tıxanmasına səbəb olur. Bunlardan neçəsi insanda varsa, damarın tutulma riski də o qədər yüksəkdir.
 
Aztibb.az xəbər verir ki, "damar tıxanıqlığı müalicə edilməzsə, infarkt, ani ölüm, ürək çatışmazlığı kimi arzuolunmaz vəziyyətlərə səbəb ola bilər", deyən ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev insanları bu mövzuda diqqətli olmağa çağırıb.
 
Damarlar nə üçün tutulur?
 
- Genetika. Ailədə ürək xəstəliyi anemnezi olan xəstələrdə damarın tutulma riski daha yüksəkdir;
- Şəkərin həddindən artıq istehlakı. Şəkər damarlarda iltihab yaradır. İltihablaşmış damarda xolesterin daha tez yığılmağa başlayır;
- Qalxanvari vəzinin funksiyasının azalması (hipotireoz). Maddələr mübadiləsi prosesləri zəifləyir ki, nəticədə qanda xolesterinin səviyyəsi artır;
- Uzunmüddətli xroniki streslər. Stres zamanı damarlar kəskin sıxılır. Zədələnmiş damarlarda xolesterinin yığılması riski yüksəkdir;
- Cinsi hormonların çatışmazlığı. Cinsi hormonlar xolesterindən sintez olunur. Xolesterin əvvəl qanda toplanır, daha sonra isə damarlarda yığılmağa başlayır;
- Siqaret çəkmək. Siqaret çəkən insanın damarları kəskin sıxılır ki, bu da onların zədələnməsinə səbəb olur. Zədələnmiş damarların tutulması riski artmış olur;
- Fiziki aktivliyin azalması (hipodinamiya). Hipodinamiya bir çox xəstəliklərin (şəkərli diabet, piylənmə və s.) və o cümlədən aterosklerozun riskini artırır;
- Yanlış qidalanma.
 
Tibbdə aterosklerozun konservativ müalicəsi lazımi effekt vermədiyindən cərrahi əməliyyata, və ya invaziv üsullarla müalicəyə önəm verilir. Lakin unutmayın ki, müalicələrlə yalnız nəticə aradan qaldırılır, səbəb olduğu kimi qalır.
 
"Damar sağlamlığına qarşı diqqətli olun!", deyə həkim hər kəsə çağırış edib. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub