ÜST-dən sınaqdan keçirilən COVID-19 peyvəndləri ilə bağlı açıqlama  
17.09.2020 12:41

Koronavirusla bağlı klinik sınaqlarda 30 namizəd peyvənd var və bunlardan 9-u üçüncü mərhələ klinik sınaqdadır.

 

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyindən bildiriblər.

 

Qeyd olunub ki, bir peyvəndin təhlükəsiz və effektiv olub-olmadığını aşkar etməzdən öncə üçüncü mərhələdəki sınaqlardan əldə edilən məlumatlara ehtiyac var:

 

"Bəzi namizəd peyvəndlərdən bu məlumatların 2020-ci ilin sonunda və ya növbəti ilin əvvəlində əldə ediləcəyini gözləyirik. Düşünürük ki, nə qədər çox namizəd peyvənd olarsa, müvəffəqiyyət üçün bir o qədər çox imkan yaranar. Peyvənd üzərində iş gözləniləndən də sürətlə davam edir. 11 yanvar tarixində çinli tədqiqatçılar virusun genetik ardıcıllığını açıqlayandan sonra peyvənd üzərində iş başlayıb. ÜST yanvar ayından etibarən bu tədqiqatlara cəlb olunub. Klinik sınaqlar hazırda sınaqdan keçirilən peyvəndlərin təhlükəsiz və effektiv olduğunu göstərərsə, peyvəndlərin 2021-ci ilin ortalarında ölkələrə çatdırılacağını gözləyirik".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır