COVID-19 ilə bağlı psixoloji pozuntular artıb - Professor Fuad İsmayılov
16.09.2020 14:10

“COVID-19 pandemiyası ilə əlaqədar psixoloji yardım üçün müraciət edən insanların sayı artmaqdadır. Müraciət edən xəstələrdə müxtəlif psixoloji və psixiatrik pozuntular müşahidə olunur. Belə vəziyyətdə əsas simptomlar sırasında sayıqlama əlaməti seçilir və hazırda koronaviruslu xəstələrdə də tez-tez müşahidə edilməkdədir”. 

 

Bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, tibb elmləri doktoru, professor Fuad İsmayılov COVID-19 pandemiyasının insanların psixoloji sağlamlığına təsiri haqqında danışarkən bildirib. 

 

O, qeyd edib ki, posttravmatik stress pozuntularını yaşayan xəstələrin sayı da az deyil. Bu xəstəlikləri ən kəskin şəkildə keçirənlər COVID-19-a yoluxmuş insanlar və yaxınlarıdır: “Yaşı 65 və yuxarı olanlarda da depressiya və tənhalıq hissi müşahidə olunub. Çünki ciddi karantin rejimində özünü təcrid olunmuş hesab edib və yaxınları ilə görüşə bilməyib. Psixoloji sarsıntı keçirmiş ən böyük qrup isə həkimlər və tibb personalından ibarətdir. Səhiyyə işçiləri stresslərə daha az davamlı olurlar”.

 

Daha sonra professor F. İsmayılov bildirib ki, Psixi Sağlamlıq Mərkəzində əhaliyə bütün pozuntularla bağlı ixtisaslaşmış ambulator müalicə: diaqnostik, psixiatrik, psixoloji və psixososial yardım göstərilir. Mərkəzin rəhbəri bu xidmətləri göstərmək üçün tibb müasissəsində 4 müxtəlif profil üzrə iş aparan şöbələr fəaliyyət göstərdiyi haqda danışıb.

 

Belə ki, Müalicə Konsultativ Şöbəsinin əsas funksiyası psixi xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikasından ibarətdir. Bura həm üzvi mənşəli pozuntular, həm şizofreniya, həm şəxsiyyət pozuntuları ilə əlaqədar müraciətlər olunur. F.İsmayılov haqqında məlumat verdiyi növbəti şöbə Təcili Psixoloji Yardım Şöbəsi olub. Bura psixoloji problemlər, kəskin stress reaksiyaları, depressiyalar, posttravmatik stress pozuntuları (PTSP), təşviş pozuntuları, obsessiv-kompulsiv pozuntuları olan insanlar müraciət edir.

 

Mərkəzin rəhbəri tibb ocağında xüsusi qaynar xəttin (012 566 50 61, 012 566 39 36) fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, bu xidmət növü vətəndaşların ödənişsiz psixoloji yardım alması üçün yaradılıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır