Müxtəlif tibb müəssisələrindən olan 8 tibb işçisi onlayn təlim proqramında iştirak edir
16.07.2020 18:57

Azərbaycan Respublikasının müxtəlif xəstəxanaları, tibb müəssisələri və qurumlarından olan 8 tibb işçisi “Tibb mütəxəssislərinin infeksion xəstəliklər üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi: COVID-19 test dəstinin istifadəsi” məzmunlu onlayn təlim proqramında iştirak edir.

 

Təlim proqramı Koreyanın inkişaf əməkdaşlığı üzrə nümayəndəlik agentliyi olan Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və Koreyada tibb sahəsində ən böyük təhsil müəssisəsi olan Yonsei Universitetinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

 

KOICA-nın Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, təlim proqramının hazırlanmasında məqsəd böhranın ön cəbhələrində çalışan tibb işçiləri və rəhbərlərinin COVID-19 təhlükəsinə tez və effektiv cavab vermək bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda, tibb işçilərinin öz sağlamlıqlarının qorunması üzrə bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir. Proqram Koreyanın infeksiyaya nəzarət, pasiyentə qulluq sistemi, nümunələrin toplanması və nəqli, diaqnostik test və müalicə kimi təcrübələri də daxil olmaqla, səkkiz xüsusi moduldan ibarətdir.

 

Təlim proqramı iyulun 27-dək davam edəcək. Bu müddətdə Yonsei Universitetinin infeksion xəstəliklər üzrə tanınmış professorları COVID-19 üçün diaqnostik test, müalicə üsulları və prosesi məsələlərinə toxunacaqlar.

 

Təlim tamamlandıqdan sonra iştirakçılar sertifikatlarla təltif ediləcəklər.

 

Qeyd edək ki, Koreya Respublikası COVID-19 virusuna qalib gələn ilk ölkələrdən biridir. Koreyanın virusa qarşı təsirli tədbirləri çoxsaylı testlərin götürülməsi, aktiv izləmənin həyata keçirilməsi və xəstələrin sürətli müalicəsinin aparılmasına əsaslanır. K-karantin modeli COVID-19 pandemiyasına cavab vermək üçün dünyada tətbiq edilə biləcək ən optimal modeldir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır