ATU-nun Tədris Terapevtik Klinikasında "Revmatik xəstəliklər" mövzusunda seminar keçirilib
07.04.2022 15:00
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyevanın və həkim-rezidentlərinin iştirakı ilə "Revmatik xəstəliklər" mövzusunda seminar keçirilib.
Tədbirdə çıxış edən klinikanın Revmatologiya şöbəsinin həkim-rezidenti Səmədova Səltənət revmatik xəstəliklər olan kəskin revmatik qızdırma, revmatoid artrit, qırmızı qurd eşənəyi və sistem skleroz haqqında ətraflı məlumat verib.
İlk öncə "Kəskin revmatik qızdırma"dan danışan həkim bu xəstəliyin 4-15 yaş arası uşaqlarda görüldüyünü və faringitdən sonra yaranan xəstəlik olduğunu bildirib. O, xəstəliyin əlamətlərinin böyük və kiçik əlamətlər olmaqla 2 yerə bölündüyünü qeyd edib:
"Böyük əlamətlərə oynaqların(75%), ürəyin(45%) zədələnməsi, dəridə düyünlərin əmələ gəlməsi, həlqəvari eritema və Sydenham xoreyası, kiçik əlamətlərə isə hərarət, artralqiya, P-R intervalın uzanması, yüksək EÇS, CRP və leykositoz aiddir".
Ardınca "Revmatoid artrit" haqqında məlumat verən həkim bu xəstəliyin, əsasən, kimlərdə rast gəlindiyi və hansı fəsadlar yaratdığı haqqında danışıb:
"Ən çox rast gəlinən xroniki iltihabi multifaktorlu sistem xəstəlikdir. Özünü simmetrik poliartrit kimi göstərir, xüsusən xırda oynaqları zədələyə, deformasiyala gətirib çıxara bilər. Oynaqdan kənar əlamətlər də olur. 45-60 yaş arası qadınlarda daha çox rast gəlinir. Bu xəstələrdə RF və Anti-CCP, adətən, müsbət olur".
S.Səmədova "Qırmızı qurd eşənəyi" xəstəliyi barədə də ətraflı məlumat verib. Qeyd edib ki, bu xroniki autoimmun xəstəlikdir. Bu zaman insan immuniteti hiperaktiv olur və orqanizm öz normal hüceyrə və toxumalarına hücum edir:
"Daha çox 15-45 yaş arası qadınlarda və müəyyən etnik qruplarda rast gəlinir. Xəstəliyin əmələ gəlmə səbəbləri arasında, əsasən, genetik və ətraf mühit faktorları(günəş şüası, infeksiya, bəzi dərmanlar) rol oynayır. Əsas dəri zədələnməsi ilə özünü göstərir və üzün kəpənəkvari eriteması, diskoid qırmızı qurd eşənəyi, alopesiyaya gətirib çıxara bilir. Daxili orqanlardan ən çox böyrəkləri və mərkəzi sinir sistemini zədələyir. Serozit, qan dəyişikliyi, sinovit kimi fəsadlar da verə bilər. ANA, Anti-Sm, Antifosfolipid antitel müsbət olur".
Həkim daha sonra "Sistem skleroz" haqqında danışıb: "Sistem skleroz - birləşdirici toxumanın səbəbi bilinməyən xəstəliyidir. Autoimmun pozuntu, vasculopatiya, fibrozla və sclerodaktiliya ilə xarakterizə olunur. Əsasən, 35-65 yaş arası qadınlarda rast gəlinir. Bu xəstəlikdə CREST sindromu da olur: C-calcinoz, R-Reyno fenomenı, E-ezofaqopatiya,S-sclerodaktiliya,T-teleanqioektaziya",- deyə həkim qeyd edib.
O, bildirib ki, xəstəlik daxili orqanlardan ən çox ağ ciyəri zədələyir, interstisial pnevmoniya və pulmonar hipertenziya əmələ gətirə bilir.
Geniş müzakirə şəraitində keçən seminarda rezidentlər öz fikirlərini bölüşüb, onları maraqlandıran suallara aydınlıq gətirilib.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

