Ürək-damar cərrahı: "Qandurulducu dərmanlardan özbaşına istifadə ciddi problemlərə yol aça bilər"
04.04.2022 14:35
Xüsusilə pandemiya dövründə aktuallaşan qan durulducu dərmanların (aspirin kardio, kardiomagnil, trombopol və s.) həkim göstərişi olmadan istifadəsi düzgün deyil.
 
Aztibb.az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyevin sözlərinə görə, "qanım duru olsun, infarktdan qorunum" düşüncəsi ilə sağlamlığımızı ciddi təhlükəyə atırıq. Aspirinin bu cür nəzarətsiz qəbulu qanaxma riskini artırır. Bu, xüsusilə mədə qanaması, beyin qanaması riskini artıraraq həyati təhlükə yarada bilər.
 
Qan durulducular kimə təyin olunur?
 
- təsdiqlənmiş ürək-damar xəstəliyi olanlara;
- miokard infarktı keçirmiş xəstələrə;
- ürək damarına stent implantasiya olunmuş xəstələrə;
- aorta-koronar şuntlama kimi açıq ürək əməliyyatı olunmuş xəstələrə;
- yüksək riskli şəkər xəstələrinə.
 
"Aspirin və bu kimi qanduruldan dərmanlar yalnız həkim təyinatı əsasında istifadə edilməlidir", - deyə həkim xəbərdarlıq edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub