Oruc tutmağın insan orqanizminə FAYDALARI
02.04.2022 11:12
Bütün dünya müsəlmanlarının sevdyi Ramazan ayı gəldi. 11 ayın sultanı – Ramazan hammız üçün mənəvi kamilliyin nəfs üzərində qələbəsi deməkdir. Ramazan ayı insanlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, onları təmiz vicdanlı, insaflı olmağa yönəldir və bütün bunlar orucla ifadə olunur. Bu ayda bütün müsəlmanlar imkansızlara əl tutur, qocalara, yaşlılara yardım edirlər.
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Dr.Şəbnəm Əlirzayeva “Həkim məsləhəti” rubrikasında “Orucun insan orqanizminə faydaları” mövzusunda ətraflı məlumat verib.
Həkim bildirib ki, İslam dininin təməl ibadətlərindən biri də orucdur. Onun insan orqanizminə heç bir zərəri yoxdur. Əksinə, öd kisəsi, bağırsaqlar, böyrəklər və qaraciyər orqanları üçün sağlamlıq baxımından çox faydalıdır. Oruc bir il ərzində dayanmadan işləyən mədə ilə birgə bütün həzm sisteminin və insan bədəninin dincəlməsinə kömək edir. Bədəndə olan yağların yanmasını sürətləndirir, əmələ gəlmiş piy hüceyrələrini hərəkətə gətirir. Zehni qabiliyyəti möhkəmləndirir. Bədəni stress, aclıq kimi çətin şəraitə qarşı gücləndirir. Dərini canlandırır və parlaqlıq verir, immun sistemini möhkəmləndirir. Oruc tutmaq xərçəng və alsheymer xəstəliyinin qarşısını alır, ürəyi qoruyur, 2-ci tip diabet riskini azaldır, hüceyrələri yeniləyir.
Ramazan ayı oruc tutanlar üçün qidalanma və həyat tərzinin dəyişdiyi bir aydır. Qidalanma saatları kəskin dəyişdiyinə görə orqanizmdə bəzi dəyişikliklər yaranır. Orucluq zamanı iftar və imsak yeməkləri mütləq yeyilməlidir. Səhər imsak vaxtı yemək yemədən yalnız su içmək zərərdir. İmsakda yavaş sorulan, qan şəkərini yavaş yüksəldən və qida dəyəri yüksək olan, tox saxlayan yeməklərə üstünlük verilməlidir: süd, qatıq, pendir, yumurta, kəpəkli çörək, xiyar, pomidordan hazırlanmış salat və meyvələr yemək faydalıdır. İmsakdan ən azı yarım saat sonra yatmaq olar.
İftarda qan şəkəri çox aşağı düşdüyü üçün qısa zamanda çox miqdarda qida qəbul etmək olmaz, boş mədəni anidən yükləməyin. Bu səbədən iftar 2 hissəyə bölünərək edilir. İftarı 1-2 stəkan su və 1 ədəd quru xurma ilə açaraq yüngül bir kasa şorba və bir dilim kəpəkli çörəklə başlamaq olar. 10-15 dəqiqədən sonra az yağlı ət yeməyi, tərəvəz yeməyi və ya salatla davam edə bilərsiniz. İftardan 1-2 saat sonra açıq havada qısa məsafəli yürüş həzmə kömək edəcək.
Mədə-bağırsaq xəstəlikləri, xüsusilə mədə xorası, qastriti olanlara, ürəyin işemik xəstəliyindən, yüksək arterial təzyiqdən əziyyət çəkənlərə, onkoloji xəstələrə, ağır şəkərli diabet xəstələrinə, hamilə və süd verən qadınlara, oruc tutduğu təqdirdə xəstəliyinin artacağından ehtiyat edənlərə, uzaq səfərə çıxanlara, yaşlı şəxslərə, çox ağır iş şəraitində çalışanlara, yetkinlik yaşına çatmayan uşaqlara oruc tutmaq məsləhət deyil.
"Ramazan ayının başlanması münasibətilə hamınızı təbrik edirəm. Allah tutduğunuz orucları, etdiyiniz duaları qəbul eləsin!", - deyə həkim əlav edib.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53

