2 aprel – Ümumdünya Autizm Maarifləndirmə Günüdür
02.04.2022 09:08
2 aprel tarixi bütün dünyada Ümumdünya Autizm Maarifləndirmə Günü kimi qeyd olunur.
 
Autizm uşaqlarda erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət zamanı problemlərin olması ilə özünü göstərən, məhdud və təkrarlanan hərəkətlərlə müşayiət olunan ümumi inkişaf geriliyidir. 
 
Aztibb.az xəbər verir ki, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən əhali arasında bu istiqamətdə geniş maarifləndirmə tədbirləri aparılır. Valideynlərə tövsiyə olunur ki, övladlarının erkən yaş dövründə davranışlarına diqqətlə yanaşsınlar.
 
Uşaqda autizmin əlamətləri:
 
∙ Göz təması məhduddur və ya yoxdur.
∙ Ətrafa laqeyddir.
∙ Adına reaksiya vermir.
∙ Çox hərəkətli və ya hərəkətsiz olur.
∙ Bəzi uşaqlar fiziki təmasa (öpmək, qucaqlamaq və s.) icazə vermir, ya da xoşu gəlmir.
∙ Əksər hallarda insanlara deyil, cansız varlıqlara meyilli olur.
∙ Sosial və psixoloji baxımdan özünü təcrid edir.
∙ İstədiyi şeyi barmağı ilə göstərmir.
∙ Oyuncaqlarla oynamağı bacarmır.
∙ Yaşıdlarının oynadığı oyunlara maraq göstərmir.
∙ Bəzi sözləri təkrar-təkrar və yersiz söyləyir.
∙ Nitq inkişafı cəhətdən yaşıdlarından geridə qalır.
∙ Gözləri bir səmtə zillənib qalır.
∙ Bəziləri çox inadcıldır.
∙ Yemək yemə problemləri olur.
∙ Müəyyən əşyalara lazımsız yerə bağlanır.
∙ Səbəbsiz yerə stresli və məyus olur.
 
Övladınızda bu əlamətlər müşahidə olunursa, mütləq tibbi-psixoloji məsləhət üçün həkimə və ya psixoloqa müraciət etmək lazımdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub